İşin təsviri
Vəzifə öhdəlikləri:
- İş yerində əməyin mühafizəsi işini təşkil etmək və əlaqaləndirmək;
- İş sahəsindəki işçilər tərəfindən əməyin mühafizəsi üzrə qanunvericilik və digər normativ hüquqi aktlara əməl edilməsinə nəzarət etmək;
- Sahədə bədbəxt hadisələrin qarşısının alınması və əmək şəraitinin yaxşılaşdırılması üzrə profilaktik tədbirlər hazırlamaq;
- İş yerində işçilər üçün təhlükəsiz əmək şəraitinin yaradılmasını və təlimatlandırılmaların keçirilməsini həyata keçirmək;
- SƏTƏM təlimatlarında olan dəyişikliklərin hazırlanmasında iştirak etmək və vaxtında işçiləri məlumatlandırmaq;
- İşçilərin əməyin mühafizəsi və əməyin texniki təhlükəsizlik üzrə biliklərinin yoxlanılmasında iştirak etmək;
- Təhlükəsizlik üzrə təlimat və təhsil proqramlarını aparmaq və orada təhlükəsizlik əşyalarından istifadə qaydalarını göstərmək, yeni işə qəbul edilən işçiləri təhlükəsizlik qaydaları ilə tanış etmək;
- İş sahəsində SƏTƏM müşahidələri apararaq gündəlik, həftəlik və aylıq hesabatlar hazırlamaq;
- Xəsarətlər və hadisələr zamanı onların baş vermə səbəblərinin araşdırılması, onların qeydiyyatı və aradan qaldırılması üzrə tədbirlərin həyata keçirilməsi.
Namizədə tələblər:
- Ali təhsil;
- SƏTƏM və ya əməyin təhlükəsizliyi üzrə ən azı 3 illik iş təcrübəsi;
- Microsoft Office (Word, Excel, Power Point, Outlook) proqramlarında sərbəst işləmək bacarığı;
- Azərbaycan dilini mükəmməl bilməli, ingilis dili arzuolunandır;
- Stressə davamlı, məsuliyyətli və intizamlı.
İş şəraiti:
- Həftənin 6 günü
- Əmək haqqı namizədin bilik və bacarıqlarına görə təyin ediləcək
Elan Müddəti: 1 Ay
Uyğun namizədlərin CV-lərini “ SƏTƏM üzrə mühəndis ” mövzusu ilə email ünvanına göndərmələri xahiş olunur.