Topoqraf

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • Topoqrafiya-geodeziya işlərinin planlaşdırılması və təşkili;
  • Təlimatlarla və normalarla tənzimlənən topoqrafik işlərin görülməsi;
  • Planlaşdırılmış və hesablanmış texniki işlərin qeydiyyatının aparılması;
  • Geodeziya və Mühəndislik alətlərindən istifadə etməklə xəritələrin hazrlanmasında tətbiq ediləcək nöqtələri müəyyən etmək;
  • Topogeodeziya işlərinin keyfiyyətinin yüksəldilməsi məqsədilə tədbirlər cədvəlinin və çöl nəzarət cədvəlinin tərtibi;
  • Müxtəlif miqyaslı xəritələrin tərtib edilməsi, topoqrafiq və xüsusi xəritələrin (planların) hazırlanması, xəritə və sənədlərin sürətlərinin çıxarılması, çoxaldılmasının yerinə yetirilməsi;
  • Kartoqrafiq işlərin dəqiqliklərini nizamlayan normativ sənədlərin və başqa normativ standartlar fondunun tətbiqi üzrə işlərin yerinə yetirilməsi;
  • Xəritələrin tətbiqində və onların hazırlanmasında planın yerinə yetirilməsi haqqında məlumatların toplanması və səhmana salınması, vacibliyi lazım olan avadanlıqların qeydiyyatının aparılması.

Namizədə tələblər:

  • Müvafiq sahədə ən azı 3 il peşəkar iş təcrübəsi
  • Ali təhsil 
  • Topoqrafik alətlər ilə işləmə bacarığı
  • MS Office (Word, Excel), AutoCad proqramlarını yüksək səviyyədə bilməli; 
  • Diqqətli və məsuliyyətli olmaq;
  • Planlama və təşkilatçılıq qabiliyyəti

İş şəraiti:

  • Həftənin 5 günü, saat 09:00-18:00
  • Əmək haqqı namizədin bilik və bacarıqlarına görə təyin ediləcək
  • Nahar şirkət tərəfindən qarşılanır.

Elan Müddəti:

1 Ay

Uyğun namizədlərin CV-lərini “ Topoqraf ” mövzusu ilə email ünvanına göndərməkləri xahiş olunur.