İşin təsviri
Təsvir
- Geodeziya İstinad Şəbəkəsinin qurulması və yerində aktla podratçıya təhvil verilməsi;
- Podratçı və subpodratçı şirkətlərin geodeziya xidmətlərinin işinin monitorinqi və idarə edilməsi;
- Geodeziya işlərinin yerinə yetirilməsinə nəzarət etmək (çöl işləri jurnalının doldurulması, vaxtı-vaxtında və keyfiyyətli icra çəkilişlərinin aparılması, açıq xəndəklərdə yeraltı kommunikasiyaların icra çəkilişlərinin aparılması, geodeziya icra sənədlərinin tərtib edilməsi, saxlanılması və əlaqədar qurumlara ötürülməsi);
- Tikinti-quraşdırma işləri zamanı təhkim edilmiş personalın işinə seçmə üsulla nəzarət edir, aşkarlanmış nöqsanlar barədə layihəçi, rəhbərlik və digər texniki personala məlumat verməklə inşaat jurnalına qeyd edilməsini təmin etmək;
- Layihəçi və ya dizayn qrupundan cizgi və texniki sənədlərin qəbulu, geometrik ölçülərdə ehtimal olunan xətaların yoxlanılması, bölgü plan və cizgilərinin hazırlanması;
- İnşaatı tamamlanmış obyektlərin təhvilində iştirak etmək;
- Zəruri hesabatların hazırlanmasını təmin etmək;
- Layihələndirmə və istehsalat prosesinə daxil olan bütün tərəflərlə yaxın əməkdaşlıq etmək;
- Rəhbərlik tərəfindən tapşırılan digər oxşar işlər.
Tələblər
- Ali Təhsil (Geodeziya mühəndisliyi üzrə);
- Müvafiq sahə üzrə azı 3 il iş təcrübəsi;
- Kompüter bilikləri MS Office, AutoCAD, AutoCAD Civil 3D;
- Dil bilikləri: Azərbaycan dili - səlis;
- Yüksək ünsiyyət və komandada işləmək bacarığı, daim inkişafa yönümlü olmaq.
Vakansiya haqqında
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.