İşin təsviri
Vəzifə öhdəlikləri:
- Layihə sənədləri əsasında tikinti smetalarının hazırlanması
- Ümumi tikinti və MEP işləri üzrə layihə-smeta sənədlərinin tərtib edilməsi
- Layihə cizgiləri və spesifikasiyalar əsasında iş həcmlərinin hesablanması
- Tikinti, təmir və quraşdırma işləri üzrə mövcud layihə-smeta sənədlərinin təhlili və qiymətləndirilməsi
- Layihə / spesifikasiya ilə smeta sənədləri arasındakı uyğunsuzluqların müəyyən edilməsi və aradan qaldırılması
- Smetaya edilən dəyişikliklərin sənədlərə vaxtında və düzgün inteqrasiyası
- Podratçı və üçüncü tərəflər tərəfindən təqdim olunan smetaların texniki və normativ baxımdan yoxlanılması və arayışların hazırlanması
- Tikinti sahələrində faktiki iş həcmlərinin və materialların yerində ölçülməsi, hesabat və cədvəllərin tərtibi
- Tikinti-quraşdırma və təmir işlərinin bazar qiymətləri ilə qiymətləndirilməsi
- Layihə üzrə büdcə risklərinin analizi və smeta dəyərinin uyğunlaşdırılması
- Forma 2, Forma 3, Forma M-29 və texniki hesabatların hazırlanması
- Tender təkliflərinin hazırlanması, qiymət analizlərinin aparılması və tender komissiyası ilə yazışmalar
- Təchizatçılardan alınan qiymətlərin müqayisəli təhlili və baza yaradılması
- Yenidən qurulan və ya təmir olunan obyektlər üçün titul vərəqələrinin hazırlanmasında iştirak
- Görülmüş işlər üzrə təhvil-qəbul və sınaq aktlarının hazırlanmasında iştirak
Namizədə dair tələblər:
- Bəy namizəd
- Ali təhsil (İnşaat mühəndisliyi və ya müvafiq sahə üzrə)
- Layihə və smeta sənədlərinin hazırlanması sahəsində minimum 3 il iş təcrübəsi
- Qüvvədə olan smeta hesablama qaydalarını, tikinti normativlərini və metodiki göstərişləri mükəmməl bilmək
- Təmir, quraşdırma və tikinti işləri üzrə hesablama əmsallarını, müvafiq normativ və qanunvericilik aktlarını bilmək
- Layihə-smeta işləri üçün normativ-hüquqi sənədlərlə işləmək təcrübəsi
- Titul vərəqələrinin, qüsur aktlarının və digər texniki sənədlərin hazırlanma qaydasını bilmək
- İqtisadiyyatın əsasları, istehsalatın və əməyin təşkili prinsipləri üzrə biliklər
- AutoCAD proqramında sərbəst işləmək bacarığı
- MS Excel-də yüksək səviyyədə işləmək bacarığı (hesablama, cədvəllər, analiz) (mütləq)
- Analitik düşüncə qabiliyyəti, dəqiqlik və operativlik
İş şəraiti:
- İş yeri: Bakı şəhəri;
- İş qrafiki: 6 günlük iş həftəsi;
- Vakansiya növü: Tam ştat;
- Əmək haqqı: Razılaşma yolu ilə.
Müraciət qaydası:
Qeyd olunan tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsində “Smeta mühəndisi” qeyd etməklə Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərmələri xahiş olunur.