İşin təsviri
Vəzifə öhdəlikləri:
- Tikinti sahəsində SƏTƏM fəaliyyətinə ümumi rəhbərliyin və koordinasiyanın həyata keçirilməsi;
- Əməyin mühafizəsi, texniki və yanğın təhlükəsizliyi üzrə siyasət, prosedur və təlimatların tətbiqinə nəzarət;
- Tikinti-quraşdırma işləri zamanı risklərin müəyyən edilməsi, qiymətləndirilməsi və preventiv tədbirlərin görülməsi;
- Qəza və insidentlərin araşdırılması, səbəblərin müəyyən edilməsi və təkrarlanmasının qarşısının alınması üçün tədbirlər planının hazırlanması;
- İşçilər üçün giriş, ilkin, təkrar və növbədənkənar SƏTƏM təlimatlarının keçirilməsi;
- Fərdi mühafizə vasitələrinin (FMV) düzgün istifadəsinə və vəziyyətinə nəzarət;
- Podratçı və subpodratçıların SƏTƏM fəaliyyətinin koordinasiyası və monitorinqi;
- Dövlət qurumları və sifarişçi qarşısında SƏTƏM üzrə əsas əlaqələndirici şəxs qismində çıxış etmək;
- Gündəlik, həftəlik və aylıq SƏTƏM hesabatlarının hazırlanması və rəhbərliyə təqdim edilməsi;
- İşçilərin SƏTƏM üzrə təlimatlandırılması prosesinə nəzarət və təlimçilərin koordinasiyası;
- SƏTƏM üzrə daxili auditlərin təşkili və nəticələrinə nəzarət;
- Sahədə təhlükəsiz əmək şəraitinin davamlı yaxşılaşdırılması üçün təkliflərin verilməsi.
Namizədə dair tələblər:
- Bəy namizəd
- İnşaat mühəndisliyi, Əməyin mühafizəsi və ya əlaqəli sahə üzrə ali təhsil;
- Tikinti sahəsində minimum 3 il SƏTƏM üzrə iş təcrübəsi;
- Əməyin mühafizəsi üzrə yerli və beynəlxalq standartları (ISO 45001, 14001, 20001 və s.) dərindən bilmək;
- FHN sertifikatı mütləqdir, digər SƏTƏM sertifikatları üstünlükdür;
- MS Office proqramlarından yüksək səviyyədə istifadə bacarığı;
- Liderlik, qərarvermə və məsuliyyət daşıma bacarığı;
- Güclü ünsiyyət və koordinasiya qabiliyyəti.
İş şəraiti:
- İş yeri: Bakı şəhəri;
- İş qrafiki: 6 günlük iş həftəsi;
- Vakansiya növü: Tam ştat;
- Əmək haqqı: Razılaşma yolu ilə.
Müraciət qaydası:
Qeyd olunan tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsində “SƏTƏM üzrə aparıcı mühəndis” qeyd etməklə Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərmələri xahiş olunur.