İşin təsviri
Vakansiyaya dair tələblər:
- Ölçmə və sınaq avadanlıqlarının metroloji nəzarətini həyata keçirmək;
- Avadanlıqların düzgün işləməsi üçün kalibrləmə və yoxlamaların təşkilini etmək;
- Standartlara uyğun olmayan ölçmə vasitələrinin istifadəsinin qarşısını almaq;
- Müəssisədə istifadə olunan ölçmə cihazlarının dövlət və beynəlxalq metroloji standartlara uyğun olmasını təmin etmək;
- Metroloji nəzarətə dair sənədlərin hazırlanması və saxlanmasını təmin etmək;
- Kalibrləmə və yoxlama prosedurlarını tərtib etmək və yeniləmək;
- Metroloji hesabatlar hazırlamaq və rəhbərliyə təqdim etmək;
- ISO 17025, ISO 9001 və digər beynəlxalq keyfiyyət standartlarına uyğun metroloji nəzarətin təşkili.
- Yeni metroloji metodların və beynəlxalq tələblərə uyğun avadanlıqların tətbiqinə nəzarət;
- Müəssisənin metroloji siyasətinin inkişaf etdirilməsində iştirak etmək;
- Ölçmə vasitələrinin texniki nasazlıqlarının qarşısını almaq və lazımi tədbirləri görmək;
- Metroloji nəzarətlə bağlı risklərin qiymətləndirilməsini aparmaq;
- Metroloji xidmət sahəsində təhlükəsizlik qaydalarına riayət olunmasını təmin etmək;
- Metroloji avadanlıqların modernləşdirilməsi ilə bağlı təkliflər vermək;
- Yeni ölçmə texnologiyalarını araşdırmaq və tətbiq imkanlarını qiymətləndirmək;
- Laboratoriya və istehsalatda istifadə olunan ölçmə cihazlarının innovativ həllərlə inkişafına töhfə vermək;
- Qoruyucu klapanların snaqdan keçirilməsini vaxtında və düzgün şəkildə təşkil etmək;
- Təhlükə potensiallı obyektlərdə istifadə olunan texniki qurğular və avadanlıqlar üçün texniki təhlükəsizlik sertifikatının alınmasını vaxtında və düzgün şəkildə təşkil etmək;
- Qurğu və avadanlıqların pasportlarını vaxtında və düzgün şəkildə təşkil etmək;
- Əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək;
- Əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək;
- Əməyin təhlükəsizliyi normalarına əməl etmək;
- Dövlət sirrini, habelə işəgötürənin kommersiya sirrini müəyyən olunmuş qaydada və şərtlərlə gizli saxlamaq;
- İş yoldaşlarının əmək hüquqlarını və qanuni mənafelərini pozmamaq;
- Fərdi, kollektiv əmək mübahisələri üzrə məhkəmə qərarlarını (qətnamələrini) yerinə yetirmək;
- Əmək qanunvericiliyinin tələblərinə əməl etmək.
Tələb olunan bilik, bacarıq və səriştələr:
- Azərbaycan dili səlis, ingilis və rus dilləri orta səviyyədə ;
- Office proqramlarından orta səviyyəli istifadəçi bacarığı;
- Müvafiq sahə üzrə qanunvericilik aktları və normalar haqqında biliklərə malik olmaq;
- İdarəemə sistemləri üzrə (İSO 9001/ İSO 14001/ İSO 45001/İSO 17025) və auditin keçirilməsi üzrə (İSO 19011) standartlar barədə nəzəri və praktiki biliklərə sahib olmaq;
- İdarəetmə sistemlərində auditin keçirilməsi üzrə praktik tətbiq təcrübəsinə malik olmaq;
- Əməyin təhlükəsizliyi, ətraf mühit və keyfiyyətin idarəedilməsi sistemləri sahəsində tələb və prinsiplər barədə biliklərə sahib olmaq;
- İdarəetmə sistemləri və auditi, Metroloji standartlar üzrə müvafiq sertifikatlara malik olmaq.
Tələb olunan təhsil və iş təcrübəsi:
- Metroloji mühəndislik, Fizika, Mexanika, Elektronika, Kimya mühəndisliyi və ya əlaqəli sahələr üzrə Ali təhsil;
- Müvafiq sahə üzrə ən azı 3 il iş təcrübəsi;
- Ümumi 5 il iş təcrübəsi.
İş qrafiki:
- Əməkdaşın iş qrafiki həftə ərzində 36 saatdan çox olmamaq şərtilə həftə içi 5 gün, saat 08:00-dan 17:00-a qədərdir. Nahar vaxtı saat 12:00-dan 13:00-dəkdir.
Əmək haqqı və əlavə imtiyazlar:
- Əmək haqqı daxili prosedura və dərəcələndirməyə əsasən müəyyən edilir.
- Əməkdaşlara beynəlxalq və yerli təlimlərdə (konfranslarda) iştirak etmək imkanı yaradılır.
- Əməkdaşlara idmanla məşğul olmaq üçün müəyyən idman mərkəzlərindən limitsiz istifadə hüququ verilir.
- Nəqliyyat xidməti.
- Rəqabətli mükafatlandırma sistemi.
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.