Mühasib

İşin təsviri

Tələblər:

  • Təhsil: Ali təhsil (Mühasibat uçotu, audit, maliyyə sahəsi üzrə)
  • Kompüter bilikləri: MS Office (Excel yaxşı səviyyədə), Logo-Tiger proqramı üzrə biliklər
  • Mühasibatlıq sahəsində 1-3 il təcrübə;
  • Sertifikat: ACCA üzrə sertifikat arzuolunandır.

Vəzifə və Öhdəliklər:

  • Uçot əməliyyatları üzrə prosesin vaxtında təşkili və idarə edilməsi;
  • Anbarlar üzrə mal-material uçot məlumatlarının düzgünlüyünün təmin etmək;
  • Şirkətə daxil olan mal-materialın giriş-çıxış hərəkəti ilə bağlı əməliyyatlar yoxlanılıb, müvafiq proqrama daxil olunması;
  • Kassa əməliyyatlarını gündəlik olaraq yoxlamaq və nəzarətdə saxlamaq;
  • Əməkhaqqı əvəzləşmələrini (kassa, seyf, inkassa üzrə artıq və əskik məbləğlərin) düzgün şəkildə icra etmək;
  • Satış əməliyyatlarının sistemə inteqrasiyasına nəzarət etmək və uyğunluğunu təsdiq etmək;
  • Ayın bağlanışı zamanı kassa və inkassa əməliyyatlarını yoxlamaq, mövcud fərqləri müəyyən edib müvafiq hesabatları tərtib etmək;
  • Elektron portallarda (e-taxes, e-gov, e-statistika və s.) hesabatların və əməliyyatların icrasını həyata keçirmək;
  • Bank əməliyyatlarının həyata keçirilməsi, qaimə və vergi hesab fakturaların yazılması, qarşılıqlı hesablaşma və üzləşmə aktlarının tərtib edilməsi;
  • Bank əməliyyatlarının uçotu;
  • Mühasibat sənədlərinin (faktura, qaimə, akt, müqavilə və s.) düzgün tərtib və arxivləşdirilməsini təmin etmək.

Təklif Edirik:

  • Nahar və servis ilə təmin edilmə
  • Tibbi sığorta
  • Əmək bazarına uyğun rəqabətli əmək haqqı
  • 5 günlük tam iş qrafiki
  • Korporativ mobil nömrə

 Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.