Əməyin mühafizəsi üzrə təcrübəçi

İşin təsviri

Vəzifə öhdəliyi:

  • Əməyin mühafizəsi üzrə işlərin əlaqələndirilməsini təmin etmək, struktur bölmələrdə və layihələrdə yanğın təhlükəsizliyi və əməyin mühafizəsi üzrə qanunvericilik və normativ hüquqi aktlara riayət olunmasına nəzarəti təşkil etmək;
  • Peşə və ya vəzifəyə uyğun olaraq tələb olunan təlimlərin təşkili və təmin edilməsi;
  • Giriş təlimatlarının keçirilməsini təmin etmək, iş yerində ilkin və təkrar təlimatlarının keçirilməsinə nəzarət etmək;
  • Təhlükəsiz və sağlam əmək şəraitinin yaradılması üzrə tədbirlərin işlənib hazırlanması və həyata keçirilməsi;
  • Bütün SƏTƏM məsələləri üzrə rəhbərliyə hesabatlar təqdim etmək, fəaliyyətin təkmilləşdirilməsi üçün yeni təkliflər vermək;
  • SƏTƏM-ə dair risklərin qiymətləndirilməsi prosesinə nəzarət etmək, rəy bildirmək;
  • Hadisələrin və qəzaların səbəblərinin təhlili, onların qarşısının alınması üçün tədbirlər hazırlamaq;
  • Əmək funksiyasına uyğun olaraq görülmüş işlər, verilən göstəriş və tapşırıqların icrası barədə şöbə rəhbərinə (onun tələbinə əsasən) məlumat vermək;
  • Şöbə rəhbəri tərəfindən verilən digər şifahi və yazılı tapşırıqları yerinə yetirmək.

Tələblər:

  • Ali təhsilli (Mühəndislik ixtisası); 
  • MS Office proqramları üzrə qabaqcıl istifadə biliyi; 
  • Azərbaycan dili, rus dili mükəmməl və ingilis dili biliyi arzuolunandır;
  • Komandada işləmə bacarığı;
  • Problemləri təhlil və həll etmə bacarığı;
  • Məsuliyyətli və loyallıq;

Biz Sizə nə təklif edirik:

  • Peşəkar, mehriban komandada iş;
  • Etibarlı şirkətdə karyera yüksəlişi;

İş şərtləri:

  • İş qrafiki: 6 günlük

CV-lərinizi elektron ünvanına “Əməyin mühafizəsi üzrə təcrübəçi” başlığı altında göndərməyiniz xahiş olunur.

Baku Business Consulting tərəfindən digər vakansiyalar