Aparıcı Mühasib

İşin təsviri

Ümumi tələblər:

  • Maliyyə, mühasibatlıq və ya iqtisadiyyat sahəsində ali təhsil 
  • Aidiyyəti sahə üzrə minimum 3-5 illik iş təcrübəsi;
  • Peşəkar səviyyədə Microsoft Office proqramlarını (xüsusilə Excel) bilməli, Power BI bilikləri üstünlükdür;
  • “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanununu, Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarını və bu standartlara əsasən mühasibat uçotunun aparılması qaydalarını, maliyyə, vergi və digər hesabatların tərtib edilməsi qaydasını bilməli;
  • Verilən tapşırıqları sərbəst həll etmə bacarığına malik olmalı;
  • Eyni vaxtda bir neçə işə fokuslana bilmək;
  • ACCA F3, F7, F9 və peşəkar mühasib sertifikatlarının olması mütləqdir.
  • Punktual, ünsiyyətcil və səbrli olmalı.

Öhdəliklər:

  • Mövcud qanunvericiliyə uyğun olaraq və mühasibat uçotunun aparılması qaydalarını rəhbər tutaraq rəsmi mühasibat uçotunun aparılmasını təşkil etmək;
  • Banklar üçün qarantiyalar ilə bağlı hesabatların hazırlanması, lazım olan dövlət arayışlarının alınması üçün e-kargüzarlıqdan müraciətlərin göndərilməsi;
  • Maliyyə hesabatlarının hazırlanması (Balans Sheet, P&L, Cashflow);
  • İllki mənfəət vergi bəyannamələrinin təqdim edilməsi
  • Vəzifə səlahiyyətləri çərçivəsində birbaşa rəhbərinin digər tapşırıqlarının və Şirkətin İdarə Heyətinin qərarlarının və tapşırıqlarının icrası.

İş şərtləri:

  • İş qrafiki: 5 günlük
  • Əmək haqqı razılaşma ilə

Maraqlananlar cv-lərini Aparıcı mühasib başlığı altında göndərə bilər.