İşin təsviri
Karyera qurmaq və peşəkar komandaya qoşulmaq istəyənlər üçün əla imkan – Kiçik mühasib vakansiyası üzrə əməkdaş axtarırıq!
Tələb olunan bacarıqlar:
- Ali təhsil (maliyyə, iqtisadiyyat);
- Ən azı 1 ilə yaxın ixtisasına görə təcrübə;
- Ünsiyyətcil və komanda daxilində çalışmaq bacarığı;
- Məsuliyyətli və işində diqqətli olmaq;
- MS Office proqramları;
- 1C sahəsində iş təcrübəsi;
Vəzifə və öhdəliklər:
- Mühasibat uçotu üzrə ilkin sənədləşmələrin təşkili;
- Bank ödənişlərinin həyata keçirilməsi;
- Digər gündəlik və aylıq kreditor hesablar üzrə əməliyyatların yerinə yetirilməsi;
- Sənəd dövriyyəsinə və arxivləşdirməyə nəzarət;
- Gündəlik əməliyyatlarının 1C proqramında işlənməsi;
- Qaimə-fakturaların hazırlanması və yoxlanması;
- Sənədlərin arxivləşdirilməsi və qaydalara uyğun saxlanması;
- Debitor və kreditorlarla üzləşmələrin edilməsi, üzləşmə aktlarının qarşılıqlı təsdiqlənməsinin təqibi və nəzarəti;
- Rəhbərlik tərəfindən verilən hesabatların hazırlanması.
İş şəraiti
- Əmək haqqı: 800-1000 AZN.
- Tibbi sığorta
- İş qrafiki: 5 iş günü saat 09:00-18:00, nahar vaxtı saat 13:00 -14:00.
- İş yeri: Badamdar qəsəbəsi
Qeyd olunmuş tələblərə cavab verdiyiniz halda (xanım namizədlər) CV- nizi“subject” (mövzu) hissəsində Kiçik mühasib qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərsiniz.