Mühasib

İşin təsviri

Vəzifə öhdəliyi:

  • Gündəlik bank və kassa əməliyyatlarının aparılması;
  • Mühasibat uçotu məlumatlarının “1C Predpriyatie” (8.3) mühasibat proqramına işlənilməsi;
  • Əmək haqları, məzuniyyət üzrə ödənişlərin hesablanması və  icra edilməsi;
  • Aylıq, rüblük və illik statistika hesabatlarının hazırlanması və təqdim edilməsi;
  • Vergi bəyənnamələrinin (Vahid rüblük, ƏDV, ÖMV) hesabatlarının tərtib edilməsi;
  • Yerli və xarici ödənişlərin internet banking vasitəsi ilə icra edilməsi;
  • E-Qaimələrin göndərilməsi.

Tələblər:

  • Ali təhsil (Maliyyə, iqtisadiyyat, mühasibat uçotu sahəsində olması vacibdir); 
  • MS Office proqramları üzrə qabaqcıl istifadə biliyi; 
  • 1C Predpriyatie (8.3) proqramında mükəmməl işləmək bacarığı;
  • Vergi Məcəlləsi və Əmək Qanunvericiliyi üzrə biliklər;
  • Mühasibatlıq sahəsində azı 3 il iş təcrübəsi; 
  • Azərbaycan dili mükəmməl, rus və ingilis dilləri biliyi arzuolunandır;
  • Komandada işləmə bacarığı;
  • İxtisasını daim təkmilləşdirməli;
  • Müştəriyönümlülük, vaxtın idarəedilməsini bacarmalı; 
  • Problemləri təhlil və həll etmə bacarığı;
  • Məsuliyyətli və loyallıq;

Biz Sizə nə təklif edirik:

  • Peşəkar, mehriban komandada iş;
  • Etibarlı şirkətdə karyera yüksəlişi;

İş şərtləri:

  • İş qrafiki: 6 günlük
  • Əmək haqqı 700-800 AZN 

CV-lərinizi elektron ünvanına “Mühasib” başlığı altında göndərməyiniz xahiş olunur.