Namizədə tələblər
- Müştərilərlə Əlaqə, Marketinq və Satış sahələri üzrə təcrübə
- Yaş: 22-35
- İş təcrübəsi: minimum 1 il
- Dil bilikləri: Azərbaycan dili (əla), İngilis dili (yaxşı səviyyədə), Rus dili (üstünlükdür)
- Sosial şəbəkə və e-mail kanallarında ünsiyyət qaydalarını bilmək və icra etmək bacarığı
- Marketinq kommunikasiya kanalları vasitəsi ilə müraciət edənlərlə əlaqə saxlanılması və onlarla satış istiqamətində dialoqların qurulması
- Marketinq şöbəsinin işlərində yaxından iştirak etmək
- Komanda ilə işləmək bacarığı
- İnandırmaq və razı salmaq qabiliyyəti yüksək
- Yüksək təşkilatçılıq və səlis nitq qabiliyyəti
- Diqqətli və Operativ olması
- Kommunikasiya bacarığının yüksək səviyyədə olmağı
İş barədə məlumat
- Sosial şəbəkədən gələn sorğuların cavablandırılması
- Cavablandırılan sorğuların təqibi və davamlı olaraq statusun izlənilməsi
- Qruplarda və digər platformalarda quizlərin və digər sorğuların yaradılması
- Yaradılmış sorğularda aktivliyin təmin olunması və sualların cavablandırılması
- Müraciət edənlərin siyahılarının hazırlanması və tələbə məlumat bazasında qeyd olunması
- Tələbələrlə iş üzrə fokuslanması, marketinq şöbəsinin kampaniyalarına uyğun tələbələrin şirkətin sosial həyatına və işgüzar faəliyyətinə cəlb edilməsi
Əmək haqqı: Fix Maaş + Bonus (artandır)
Qeyd olunan tələblərə uyğun gələn namizədlər “Müştərilər üzrə menecer” başlığı altında öz CV və peşəkar karyera məlumatlarını, həmçinin sosial şəbəkə hesablarını [email protected] ünvanına göndərə bilərlər.