Honours Academy


Honours Academy – Institute of Finance 2017-ci ilin yanvar ayından etibarən Azərbaycanda yalnız maliyyə sahəsi üzrə ixtisaslaşmış təhsil müəssisəsi olaraq fəaliyyət göstərir. Akademiyamız insanları maliyyə dünyası ilə tanış etmək, ilkin və ya davamlı maliyyə təhsillərini inkişaf etdirməyə təşviq etmək və insanları daha yüksək nailiyyətlərə çatmaq üçün həvəsləndirmək məqsədi daşıyır. Fəaliyyətimizin əsas hissəsini Azərbaycanda kadr hazırlığına dəstək göstərmək məqsədilə maliyyə və mühasibatlıq sahəsində beynəlxalq səviyyədə tanınan mötəbər sertifikatlaşdırma imtahanlarına hazırlıq təlimləri təşkil edir. Bugünədək ACCA-in (Association of Chartered Certified Accountants) əsas kavlifikasiyası üzrə, CFA İnstitutunun CFA (Chartered Financial Analyst) proqramı üzrə, CIA (Certified Internal Auditors) üzrə və SOA-nın (Society of Actuaries) müxtəlif imtahanlarına hazırlıq məqsədi daşıyan təlimlər, o cümlədən “Finance for non-finance Managers”,  “Corporate Finance”, “Kreditlərin təhlili”, “Excel for Finance Specialists” professional təlimlərini təşkil edirik.

 

İşəgötürənin reytinqi

Rəy yoxdur. Bəlkə bu şirkət haqda elə birinci rəyi sən yazasan?