İşin təsviri
Vəzifə öhdəlikləri:
- “Honours Academy” MMC-nin standartlarına əsasən, Akademiyanın tərkibində fəaliyyət göstərən Coffee Shop-da müştərilərə isti və soyuq içkilərin, eləcə də desert və qəlyanaltıların hazırlanması.
- Müştəri sifarişlərinin qəbulu, təkliflərin verilməsi və sifarişlərin düzgünlüyünün təmin edilməsi.
- İş sahəsində təmizliyin və səliqə-sahmanın qorunması.
- Müştərilərlə mehriban və məlumatlı şəkildə ünsiyyətin qurulması və mükəmməl xidmətin göstərilməsi.
- Qida təhlükəsizliyi və sanitariya prosedurlarına əməl edilməsi.
- Pik saatlarda fasiləsiz fəaliyyəti təmin etmək üçün komanda üzvləri ilə əməkdaşlıq.
Əsas tələblər:
- Müştərilərə xidmət vəzifəsində əvvəlki iş təcrübəsi, Barista təcrübəsinin olmasına üstünlük verilir.
- Yüksək kommunikasiya və insanlarla ünsiyyət qurma bacarığı.
- Detallara diqqət yetirməklə, sürətli templi mühitdə işləmək bacarığı.
- Güclü təşkilatçılıq və bir neçə işi paralel görmə bacarıqları.
- Həftə sonları və bayram günləri daxil olmaqla, müxtəlif növbələrdə işləmək imkanı.
- Nağd pulla işləmək üçün əsas riyazi bacarıqlar.
- Qida təhlükəsizliyi və gigiyena praktikaları barədə biliklər.
- Pozitiv yanaşma, mehriban davranış və mükəmməl müştəri xidməti göstərmək həvəsi.
- İngilis və Rus dillərini bilməsi üstünlükdür
İş qrafiki: Bazar ertəsi-Bazar.
İş saatları: Növbə əsasında dəyişən
İş yeri: Bakı şəhəri, Üzeyir Hacıbəyov küçəsi 35, Bakı 1000
Bütün maraqlanan namizədlərdən CV-lərini [email protected] ünvanına mövzu hissəsində “Barista” vəzifəsinin adını qeyd etməklə göndərmələri xahiş olunur.