Marketinq və məhsulların inkşafı şöbəsinə mütəxəssis/baş mütəxəssis

  • Xalq Sığorta
  • Elanın qoyulma tarixi: 01.06.2020
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

“Xalq Həyat” Sığorta Şirkəti ASC

Vəzifə: Marketinq və məhsulların inkşafı şöbəsinə mütəxəssis/baş mütəxəssis

İş qrafiki: 09:00 – 18:00 (Bazar ertəsi – Cümə)
Ünvan: Bakı şəhəri, İnşaatçılar pr.,22 L.

Öhdəliklər

• Şirkətin sığorta bazarında mövqeyinin və yeni sığorta məhsullarına ehtiyacın müəyyən edilməsi məqsədilə araşdırmalar aparmaq;
• Müştəri məmnunluğunu müəyyən etmək üçün Şirkətin digər sturukturları ilə birgə fəaliyyət göstərmək;
• Mövcud satış kanalları üzrə reklam məhsulları hazırlamaq və həmin məsullara dair məlumatları KİV-də yerləşdirmək;
• KİV-lə faydalı əlaqələr qura bilmək ;
• Müştərilər arasında Şirkətin müsbət imicinin (nüfuzunun) artırılması üzrə tədbirlər həyata keçirmək;
• Sosial şəbəkələrdə şirkətin səhifələrini təşkil etmək;
• Müştəri ehtiyacları, insaytlar, trendləri izləmək;
• Müxtəlif daşıyıcılar üzrə bazarın əsas vendorlarını tanımaq ;
• Müştər ilə təmas nöqtələrini izləmək;
• Kreativ və optimal həllər tapa bilmək ;

Tələblər

• Ali təhsil;
• MS Office proqramlarında işləmək bacarığı;
• Bank və ya sığorta sahəsində 2 il iş təcrübəsi (satış üzrə);
• Azərbaycan və rus dillərində sərbəst danışıq qabiliyyəti ( ingilis dili arzu olunandır).

Fərdi keyfiyyət tələbləri:

Yüksək analitik düşünmə qabiliyyəti, məsuliyyətlilik və icraetmə bacarığı, vaxtın idarə edilməsi, məqsədyönlülük, nəticəyə meyillilik bacarığı, məlumat toplamaq və təhlil etmək bacarığı, danışıqlar aparmaq, dinləmə, məlumatın düzgün ötürülmə bacarıqları, yazı qabiliyyəti, konfliktlərin və stressin idarə edilməsi, etibarlılıq və şirkətə sədaqətlilik, komanda ilə işləmək bacarığı, özünütəkmilləşdirmə bacarığı, təşəbbüskarlıq və yenilikçilik bacarığı.

Qeyd: CV-lər Azərbaycan dilində, “Xalq Həyat” Sığorta Şirkətinin saytında yerləşdirilmiş CV formasını doldurmaqla göndərilməlidir. Əks halda tələblərə uyğun olmayan və mail-da mövzu qismində “Marketinq və məhsulların inkşafı şöbəsinə mütəxəssis/baş mütəxəssis” qeyd olunmayan "CV"-lərə baxılmayacaq.

Əlaqə vasitəsi: [email protected]

İşəgötürənin reytinqi