Maliyyə hesabatları üzrə baş mütəxəssis

İşin təsviri

Namizədə dair gözləntilər və xüsusi tələblər:

  • Ali təhsil (Maliyyə, mühasibatlıq, iqtisadiyyat üzrə bakalavr və ya magistr dərəcəsi);
  • Maliyyə, mühasibatlıq, iqtisadiyyat üzrə 3-5 il iş təcrübəsi;
  • Mühasibat uçotu haqqında qanunverilcilik;
  • IFRS17 standartı ilə bağlı biliklər;
  • MS Office proqramları, Excel və 1C, ERP  üzrə güclü bilik və iş təcrübəsi;
  • Maliyyə Hesabatlarının Beynəlxalq Standartları (MHBS);
  • Azərbaycan Respublikası Vergi qanunvericiliyi;
  • ACCA F7 sertifikatı arzuolunandır;
  • Maliyyə məlumatlarını düzgün təhlil etmək və nəticələr çıxarmaq;
  • Yeni maliyyə və mühasibatlıq texnologiyalarını və metodlarını öyrənməyə açıq olmaq;
  • Dil bilikləri- azərbaycan dili-əla, ingilis dili -yaxşı, rus dili-arzuolunandır;
  • Komanda şəklində işləmək bacarığı;
  • Analitik düşüncə qabiliyyəti;

Vəzifə öhdəlikləri:

  • Maliyyə-təsərrüfat əməliyyatları üzrə sənədləşmənin mövcud qanunvericiliyə uyğun aparılmasına riayət etmək;
  • Audit prosesində iştirak və müvafiq sənədləri hazırlamasında dəstək;
  • Qanunvericiliyin tələbi ilə hesabatların vaxtında və düzgün təqdim edilməsinə riayət etmək;
  • Müxtəlif maliyyə hesabatlarını (Mərkəzi bank) hazırlamaq və analiz etmək təcrübəsi;
  • Şirkətin maliyyə vəziyyətini analiz etmək;
  • Layihə prosesində iştirak etmək;
  • Rəhbərliyə aylıq, rüblük və illik İFRS maliyyə hesabatlarının təqdim edilməsində dəstək göstərmək;

 Əlavə məlumat:

  •  İş qrafiki: 5 günlük iş həftəsi (09:00-18:00);
  •  İş yeri: Bakı şəhəri 
  •  İmtiyazlar: Könüllü tibbi sığorta
  •  Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır

Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini mövzu sətrində vakansiyanın adını (Maliyyə hesabatları üzrə baş mütəxəssis) qeyd edərək, Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərilməsi xahiş olunur.

İşəgötürənin reytinqi