Daxili Auditor

İşin təsviri

Namizədə dair gözləntilər:

  • Ali təhsil (Maliyyə, Mühasibat uçotu, Audit, İqtisadiyyat və digər əlaqəli ixtisaslar);
  • Audit yaxud əlaqədar sahələrdə minimum 2 il iş stajına malik olmalıdır (sığorta sahəsi üzrə təcrübə üstünlükdür);
  • Daxili Auditorlar İnstitutunun standartları (IIA) üzrə biliklər; 
  • Beynəlxalq Maliyyə Hesabatları Standartlarının (IFRS) tətbiqi üzrə bilik və bacarıqlar arzuolunandır;
  • Mühasibatlıq, Daxili Audit, Risklərin idarə edilməsi üzrə peşə (CIA, ACCA, CISA, COSO, CPA, CFSA , CIMA və s.) sertifikatlarının olması üstünlükdür.
  • Riskləri qiymətləndirmək bacarığı və analitik qabiliyyəti;
  • Daxili Nəzarət, risklərin idarə edilməsi və ya digər əlaqəli istiqamət üzrə təcrübə arzuolunandır;
  • Daxili audit sahəsi üzrə ən son yeniliklərdən, eləcə də qabaqcıl təcrübələrdən xəbərdar olmaq;
  • Kompyuter bilikləri: Microsoft Word-əla, Microsoft Excel-əla;
  • Yüksək yazılı və şifahi ünsiyyət bacarığı;
  • Yüksək analitik təhlil, ünsiyyət və kollektivdə işləmək bacarığı;

Vəzifə öhdəlikləri:

  • İllik Daxili Audit iş planına uyğun olaraq audit yoxlamalarının, məsləhət layihələri və tədbirlər planının icra statusunun monitorinqinin aparılması;
  • Daxili audit strategiyası, audit metodologiyası və digər normativ sənədlərin, risk əsaslı audit proqramının hazırlanmasında iştirak etmək;
  • Mühasibat uçotu yoxlamalarının aparılmasının, maliyyə hesabatlarının düzgünlüyünün və etibarlılığının “Qanunvericilik və Beynəlxalq standartlara” uyğun olaraq yoxlanılması və təhlili;
  • Təsdiq olunmuş plana əsasən monitorinqlərin və yoxlamaların aparılması;  
  • İdaəetmə, daxili nəzarət və risklərin idarə olunması sistemlərinin təkminləşdirilməsi, bu sistemlərin adekvatlığının və effektivliyinin qiymətləndirilməsi;
  • Biznes proseslər haqqında məlumatları təhlil etmək, auditini aparmaq ;
  • Sığorta nəzarəti orqanı tərəfindən müəyyən edilmiş normativlərin və icrası məcburi olan göstərişlərin, digər norma və məhdudiyyətlərin yerinə yetirilməsi üzrə nəzarətin işləkliyinin yoxlanılması;
  • Müstəqil (kənar) audit proseslərinə dəstək olmaq;
  • Şirkətin daxili nəzarət mühitinin inkişafına dair təkliflər irəli sürmək;
  • Risklərin idarəedilməsi strategiyası və siyasətinə riayət edilməsinin auditini aparmaq;
  • Ehtiyatlardan istifadənin səmərəliliyi, düzgünlüyü, onlardan istifadəyə nəzarəti və zərərdən mühafizə olunmanın yetərliliyini qiymətləndirmək;

Əlavə məlumat:

  • İş qrafiki: 5 günlük iş həftəsi (09:00-18:00);
  • İş yeri: Bakı şəhəri, Həsən Əliyev küç;
  • Könüllü tibbi sığorta təminatı;

Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini mövzu sətrində “Daxili Auditor qeyd edərək, Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərilməsi xahiş olunur. 

İşəgötürənin reytinqi