İşin təsviri
Vəzifə öhdəlikləri:
- Bank/Sığorta tətbiqi proqramlarında icra edilmiş dəyişikliklərin və əlavələrin sənədləşdirilməsinin hazırlanması;
- Biznes vahidləri üzrə istifadəçilərin tələblərini toplamaq üçün layihələrlə bağlı müzakirələr;
- Funksional işlərin test edilməsi;
- Digər İT və biznes bölmələri ilə birgə fəaliyyət;
- Mürəkkəb sorğuları tərtib etmək və optimallaşdırmaq.
Namizədə dair tələblər:
- Ali texniki təhsil;
- Dil bilikləri - azərbaycan dili - səlis; ingilis və rus dili-arzuolunandır;
- Müvafiq sahədə minumum 2 il iş təcrübəsi (Sığorta sahəsi üzrə arzuolunandır);
- Alqoritm qurma bacarığı;
- Proqram təminatının və SQL sorğuların hazırlanması üzrə təcrübə;
- Hazır modullara texniki dəstəyin göstərilməsi;
- Sərbəst araşdırma qabiliyyəti, komandada işləmək bacarığı və məsuliyyətlilik.
İT biliklər:
- C#, .NET, ASP.NET Web API;
- REST API, SOAP;
- RDBMS ilə işləmə bacarığı (SQL Server, PostgreSQL);
- MongoDB, Redis;
- ORM (Entity Framework, Dapper);
- Obyekt yönümlü proqramlaşdırmanın (OOP) prinsipləri;
- Design Patterns;
- Clean code prinsipləri;
- Unit testing;
- Git ilə işləmə bacarığı.
Əlavə məlumat:
- İş qrafiki: 5 günlük iş həftəsi (09:00-18:00);
- İş yeri: Bakı, N. Nərimanov ray., Ak. Həsən Əliyev küç 24.
- İmtiyazlar: Könüllü tibbi sığorta
- Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır
Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini mövzu sətrində vakansiyanın adını (Middle .NET Developer) qeyd edərək, Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərilməsi xahiş olunur.