Əməliyyatlar üzrə kiçik mütəxəssis

İşin təsviri

Namizədə dair gözləntilər və xüsusi tələblər:

  • Ali təhsil;
  • Müvafiq sahədə minimum 1 il iş təcrübəsi (bank və ya sığorta sahəsində iş təcrübəsi arzuolunandır);
  • Dil bilikləri- azərbaycan dili- əla; ingilis və rus dili-arzuolunandır;
  • Diqqətli, məsuliyyətli və analitik düşüncə qabiliyyəti;
  • Ünsiyyət qurmaq,  komandada işləmək bacarığı;
  • MS Office proqramlarında sərbəst işləmək bacarığı.

Vəzifə öhdəlikləri:

  • Satış kanallardan gələn sorğuların icra olunması (müraciət formaları, təklif formaları və təqdim edilmiş sənədlər əsasında şəhadətnamələri və qoşmaların hazırlanması).
  • Müştərilərdən daxil olan əməliyyatarla bağlı müraciətlərin cavablandırılması;
  • Şirkətin daxilində mövcud olan digər departamentlərdən daxil olan sorğuların cavablandırılması (gündəlik olaraq tələb olunan imzalı şəhadətnamələrin, digər sənədlərin  və məlumatların təqdim edilməsi və s.).
  • İmzalanmış şəhadətnamələrin və qoşmaların şirkətdaxili qaydalara uyğun qeydiyyatı və saxlamasını təmin edilməsi.
  • Müvafiq hesabatların hazırlanması prosesində iştirak etməsi;

Əlavə məlumat:

  •  İş qrafiki: 5 günlük iş həftəsi (09:00-18:00);
  •  İş yeri: Bakı şəhəri 
  •  Sürücülük vəsiqəsinin olması arzuolunandır
  •  İmtiyazlar: Könüllü tibbi sığorta
  •  Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır

Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini mövzu sətrində vakansiyanın adını (Əməliyyatlar üzrə kiçik mütəxəssis) qeyd edərək, Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərilməsi xahiş olunur. 

İşəgötürənin reytinqi