İşin təsviri
Əsas vəzifələr:
- Təchizat və satınalma proseslərinin planlaşdırılması və icrası
- Yerli və beynəlxalq təchizatçılarla danışıqların aparılması
- Təkliflərin toplanması, müqayisəsi və satınalma sənədlərinin hazırlanması
- Müqavilələrin icrasına və çatdırılma proseslərinə nəzarət
- Logistika və anbarla koordinasiya
- Hesabatların hazırlanması və rəhbərliyə təqdim edilməsi
Tələblər:
- Ali təhsil (iqtisadiyyat, logistika, biznes və ya oxşar sahələr üzrə)
- İnşaat və ya oxşar sektor üzrə təcrübə üstünlükdür
- Təchizat/satınalma sahəsində minimum 1–3 il iş təcrübəsi
- MS Office proqramlarında, Word, Excel-də sərbəst işləmə bacarığı
- Analitik düşünmə, planlama və effektiv danışıqlar aparmaq bacarığı
- Azərbaycan dili – əla, rus və ingilis dilləri üstünlükdür
- B kateqoriyalı sürücülük vəsiqəsi üstünlükdür
Biz təklif edirik: Əmək haqqı + bonus
CV-lərinizi Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərin. Mövzu hissəsində “Təchizat üzrə mütəxəssis” qeyd etməyiniz xahiş olunur.