İşin təsviri
Təsvir
- Məhsullara aid göstəricilərin etibarlı mənbələrdən tapılıb qeydə alınması, saytda və daxili sistemdə yerləşdirilməsi;
- Təsdiq edilmiş plan əsasında yeni məhsulların və kateqoriyaların yerləşdirilməsi;
- Məhsul kartlarının yaradılması və optimallaşdırılması: unikal təsvirlər, başlıqlar, xüsusiyyətlərin əlavə edilməsi;
- Media kontenti ilə işləmə: şəkillərin, videoların və infoqrafikaların yüklənməsi;
- SEO-optimallaşdırma: meta-teqlərlə (title, description, keywords) işləməsi;
- ERP sistemi ilə işləyib məlumatların emal edilməsi;
- Saytdakı məzmunun idarə edilməsi, yeniliklərin əlavə edilməsi;
İş şəraiti:
- İş qrafiki: I-V günlər
- İş yeri: Baş ofis
Tələblər
- Səlis azərbaycan dili biliyi və rus dili biliyi, ingilis dili biliyi üstünlükdür;
- Sayt üzrə kontent mütəxəssisi kimi minimum 1 il iş təcrübəsi;
- CMS (Məzmun İdarəetmə Sistemləri): Magento, Shopify, WooCommerce, OpenCart və ya digər platformalarla işləmə təcrübəsi;
- Adobe Photoshop, Adobe Illustrator, Canva baza biliklər (şəkillərin redaktəsi);
- Microsoft Office və Google Sheets (cədvəllər, sənədlər və böyük həcmli məlumatlarla) işləmə təcrübəsi;
- Özünüidarə,çoxşahəli işlərdə işləmə və son tarixlərə riayət etmə bacarığı;
- Diqqətlilik və məsuliyyət;
- Komanda ilə işləmə bacarığı və ünsiyyətcillik;
- Yeni alət və texnologiyaları öyrənməyə hazır olmaq.
Sən də bizim komanda üzvü olmaq istəyirsənsə Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq vakansiyaya müraciət edə bilərsən.