İnsan Resursları üzrə mütəxəssis

İşin təsviri

PREMIUM TRANSPORT MMC

İnsan Resursları üzrə mütəxəssis

Tələblər:

- 23-35 yaş həddi
- min 1-3 il müvafiq sahə üzrə təcrübə

Əsas Funksiyalar:

•      Cəmiyyətdə işləyən işçilərin işdən çıxarılması, yeni işçilərin işə qəbul edilməsi, məzuniyyətlərin verilməsi, vəzifə və ya peşələrinin dəyişdirilməsi, vəzifələrin təyin olunması, mükafatlandırılması, ezamiyyət əmrlərinin verilməsi və işçilərin siğortalanması ilə bağlı siğorta işlərini rəsmiləşdirmək;
•      Əmək kitabçalarını əmrlər əsasında doldurmaq və qorumaq;
•      Cəmiyyətin işçilərinin şəxsi işlərini aparmaq və formalaşdırmaq;
•      Cəmiyyətin işçilərinə cari və keçmiş əmək fəaliyyətləri barədə arayışlar vermək;
•      Məzuniyyət qrafikini tərtib etmək, işçilərə məzuniyyətlərin verilməsini əmrləşdirmək və uçotunu aparmaq, verilən məzuniyyətlərin cədvəl üzrə istifadə edilməsinə nəzarət etmək;
•      İçilərin aylıq işə davamiyyət tabelini hazırlamaq və şöbə rəhbərinə təqdim etmək;
•      Kadrlar üzrə statistik hesabatları tərtib edib şöbə rəhbərinə təqdim etmək (forma № 1, forma № 5);
•      Ezamiyyət əmrlərini rəsmiləşdirmək və ezamiyyə vərəqələrini tərtib etmək.

Şərtlər:

-  İş qrafiki və əmək haqqı müsahibə zamanı danışılacaq
-  Nahar və nəqliyyat şirkət tərəfindən təmin edilir 
-  Ofis Qaradağ rayonu ərazisində yerləşir

Yalnız xanım namizədlər.

Göstərilən müvafiq iş təcrübəsinin olması mütləqdir.

Maraqlananlar CV-lərini  [email protected] ünvanına göndərə bilərlər.Yalnız şəkilli cv-lərə baxılır.