İnsan resursları üzrə mütəxəssis

İşin təsviri

Namizədə tələblər:

  • Ali təhsil
  • İnsan resurslarında əməliyyatlar üzrə minimum 2 il iş təcrübəsi
  • Kompüter bilikləri: Word, Excel, Outlook

İş öhdəlikləri:

  • Cəmiyyətdə işləyən işçilərin işdən çıxarılması, yeni işçilərin işə qəbul edilməsi, məzuniyyətlərin verilməsi, vəzifə və ya peşələrinin dəyişdirilməsi, vəzifələrin təyin olunması, mükafatlandırılması, ezamiyyət əmrlərinin verilməsi və işçilərin siğortalanması ilə bağlı siğorta işlərini rəsmiləşdirmək;
  • Əmək kitabçalarını əmrlər əsasında doldurmaq və qorumaq;
  • Cəmiyyətin işçilərinin şəxsi işlərini aparmaq və formalaşdırmaq;
  • Cəmiyyətin işçilərinə cari və keçmiş əmək fəaliyyətləri barədə arayışlar vermək;
  • Məzuniyyət qrafikini tərtib etmək, işçilərə məzuniyyətlərin verilməsini əmrləşdirmək və uçotunu aparmaq, verilən məzuniyyətlərin cədvəl üzrə istifadə edilməsinə nəzarət etmək;
  • İçilərin aylıq işə davamiyyət tabelini hazırlamaq və şöbə rəhbərinə təqdim etmək;
  • İnsan Resursları şöbəsinin müdiri tərəfindən verilən tapşırıqları icra etmək;

İş qrafiki:

  • 5 günlük iş norması
  • Nahar şirkət tərəfindən verilir.
  • İş yerinə çatdırılma üçün servis mövcuddur.

Əmək haqqı : 600 AZN

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini [email protected] email adresinə  İR üzrə mütəxəssis başlığı ilə göndərməyini xahiş edirik.