Təchizat üzrə menecer (baş mütəxəssis)

İşin təsviri

Namizədə tələblər:

  • Ali təhsil
  • Əsasən yük maşını və ağır texnikaların ehtiyyat hissələrinin satınalınması üzrə təcrübəyə malik olmalı minimum 2 il iş təcrübəsi
  • Kompyuter bilikləri: Word, Excel, Outlook

İş öhdəlikləri:

  • Cəmiyyətin bütün satınalma işləri və təchizat üzrə sifarişlərin təmin edilməsinə nəzarət etmək;
  • Bazarın təhlili, tələb olunan materialların yerli və xarici bazarda araşdırılması, təchizatçı bazasının hazırlanması və təhlilini təşkil etmək;
  • Ən aşağı qiymət və ən sərfəli kommersiya şərtlərinin əldə edilməsi üçün təchizatçılarla danışıqlar aparmaq, müqavilələr üzrə danışıqlar aparmaq və müvafiq şöbələrlə birgə müqavilələr hazırlamaq, alış sifarişləri, müqavilələri, düzəlişləri hazırlamaq, gündəlik sənədləşmə işlərinin həyata keçirilməsinə nəzarət etmək;
  • Cəmiyyətin inzibati bina, mebel, ofis texnikası, rabitə vasitələri, kargüzarlıq ləvazimatları, kompyuter, təsərrüfat inventarı, idarəetmənin texniki vasitələri və digər zəruri avadanlıqlar ilə təmin edilməsi üçün tədbirlər görülməsinə nəzarət etmək;
  • Cəmiyyətin maddi-texniki təminatının effektivliyinin təşkili məqsədilə sifarişlərə və onların icra vəziyyətinə dair vahid baza yaradılmasını təşkil etmək; 
  • Alınan məhsulların müvafiq standartlara cavab verməsinə nəzarət etmək, onların qəbulunda iştirak etmək, ehtiyaclar üzrə vaxtında aidiyyəti müəssisə və qurumlara sifarişlər verilməsi istiqamətində tədbirlər görmək;
  • Komitə tərəfindən verilmiş hüquqlar çərçivəsində mütəxəssisin fəaliyyəti üçün zəruri olan gömrük orqanlarının elektron məlumat sistemlərindən istifadə edilməsi;
  • Gömrük və logistika xidmətləri üzrə müraciət edən müştərilərlə əlaqə qurmaq,
  • İdxal və İxrac bəyannamələrinin hazırlanmasını təşkil etmək;
  • Gömrük xidmətləri üzrə müqavilələrin hazırlanmasını təşkil etmək ;
  • Gömrük xidmətləri üzrə rəhbərliyin həvalə etdiyi digər funksiyaları yerinə yetirmək
  • Cəmiyyətin davamlı fəaliyyətinin təmin edilməsi üçün tədarükçü ehtiyatını daim nəzarətdə saxlamaq, daxili sifariş formalarına uyğun olaraq sifariş edilmiş mal və xidmətlərin təchizatını həyata keçirmək;
  • Hesabatların hazırlanması və analizi, satınalma sorğularının hazırlanması, təchizatçıların analizi və digər prosseslərin effektiv idarəolunmasını təşkil etmək;
  • Müqavilələrin həyata keçirilməsi və nəzarətdə saxlanılması, müqavilə şərtlərinin müəyyən olunmasına nəzarət etmək;

İş qrafiki:

  • 6 günlük iş norması 
  • Nahar şirkət tərəfindən verilir.
  • İş yerinə çatdırılma üçün servis mövcuddur.

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini elektron ünvanına (“Təchizat üzrə menecer” başlığı ilə)   [email protected]  göndərməyini xahiş edirik.