HR manager

  • Ayta Market
  • Elanın qoyulma tarixi: 25.06.2024
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

 

Ayta Market yeni yaradılmış, sürətlə böyüməyi hədəfləyən, ölkədə riteyl sahəsinə yeni nəfəs gətirəcək mağazalar zənciridir.
100 əməkdaşdan ibarət kollektivimizdə insan resursları işlərinə məsul olacaq təcrübəli HR-menecer axtarırırıq. 

Vəzifə öhdəlikləri

  • İşə qəbul, kadr dəyişikliyi və işdən azadetmə prosesinin icra edilməsi

  • Aylıq tabellərin hazırlanması

  • Arayış, xasiyyətnamə və digər sənədlərin hazırlanması

  • İşçilərin şəxsi işlərini tərtib etmək

  • Müddəti bitmiş sənədlərin müvafiq qaydada arxivləşdirilməsi

  • İşçilərin gündəlik davamiyyətlərinə nəzarət etmək və nöqsan və uyğunsuzluqlar barədə rəhbərinə hesabat vermək

  • Qanunvericiliyə müvafiq qaydada işçilərin işə qəbulu, başqa vəzifəyə keçirilməsi, mükafatlandırılması, intizam tənbehinin verilməsi və işdən azad edilmələrini rəsmiləşdirmək, habelə müvafiq aktların tərtib edilməsini həyata keçirmək

  • Vəzifə təlimatlarının hazırlanması və saxlanması

  • Əmək münasibətləri məsələlərinin həll edilməsi

  • Mövcud vakansiyaların təhlil edilməsi, elanların hazırlanması və yerləşdirilməsi

  • Şirkətin işəqəbul siyasət və prosedurlarının hazırlanması

Tələblər:

  • Təhsil: Ali

  • İR sahəsində minimum 3 (üç) il iş təcrübəsi

  • Kompüter biliyi: MS Office (Word, Excel)

  • AR Əmək Məcəlləsi; ƏMAS və s. onlayn alətlər

  • Yaş: 25 - 40

  • İngilis və ya rus dilini bilmək üstünlükdür.

  • Yüksək kommunikasiya, nəticəyönümlülük, analitik düşünmə və təqdimat bacarıqlarına sahib olmaq

Digər detallar

  • İş qrafiki: 6 günlük

  • İş yeri: Sumqayıt şəhəri, Ayta Market

  • Əməkhaqqı: 1200-1500 AZN. 

Müraciət üçün öz rezümenizi [email protected]  ünvanına “HR manager- Ayta Market” başlığı ilə göndərə bilərsiniz.