Ayta Market yeni yaradılmış, sürətlə böyüyəməyi hədəfləyən, ölkədə riteyl sahəsinə yeni nəfəs gətirəcək mağazalar zənciridir.
Sumqayıt şəhərində yerləşən yeni açılan marketə inventarı idarə etmək üçün Qeyri-qida üzrə Stok kontrol mütəxəssisi axtarırıq.
Tələb əsasında təchizatçılara sifarişlərin verilməsi və sifarişlərin anbara daxil olmasına qədər bütün prosseslərə nəzarət edilməsi;
Qəbul olunmuş məhsulların keyfiyyətini qiymətləndirmək və hər hansı uyğunsuzluqları barədə təchizatçılara və rəhbərliyə bildirilməsi;
Zəif satılan, istifadə müddəti başa çatmış və digər məhsullarına nəzarət edilməsi;
Tədarükçülərlə bağlı yaranan ödəniş gecikmələri, uyğunsuzluqları və digər problemlərin aradan qaldırılması;
Tədarükçüyə verilmiş sifariş ilə mağazanın qəbul etdiyi malları üzləşdirmək, yaranan fərqləri izləmək və araşdırmaq;
Anbara gündəlik mal giriş-çıxışlarını izləmək;
Tədarükçülərə təyin olunmuş stok-günə əsasən hesablanmış ehtiyyacları sifariş halında təqdim etmək və sifarişin təmin olunmasını təşkil etmək;
Təyin olunmuş stok-gündən əlavə verilən insert, endirimli, kampaniyalı sifarişləri icra etmək;
Ticari mal ehtiyacının optimal səviyyədə saxlamaq;
Tədarükçülərin şirkətin çatdırılma zamanı təyin olunmuş qaydalarına əməl etmələrini təmin etmək;
Tədarükçülərin məhsullarının təyinat nöqtəsinə cadvələ əsasən çatdırılıb-çatdırılmadığına nəzarət etmək və yaranan probləmlərin həlli yolunu tapmaq;
Firmaların məhsullarının iadəsini nəzarətdə saxlamaq;
Sayım prosseslərinin planlanması və sayıma nəzarət edilməsi.
Yaş: 25 – 35
Pərakənda satış sahədə azı 2 il iş təcrübəsi
Yüksək səviyyədə Excel biliyi (ciddi tələbdir)
Ali təhsil (Maliyyə və ya oxşar sahədə arzuolunandır)
Korporativ yazışma və işgüzar danışıqların aparılması bacarıqları.
Analiz və planlama bacarığı
İş qrafiki: 6 günlük
İş yeri: Sumqayıt şəhəri, Ayta Market
Əməkhaqqı: 700-800 AZN net.
Müraciət üçün öz rezümenizi [email protected] ünvanına “Non-food Stok kontrol- Ayta Market” başlığı ilə göndərə bilərsiniz.