Ayta Market yeni yaradılmış, sürətlə böyüyəməyi hədəfləyən, ölkədə riteyl sahəsinə yeni nəfəs gətirəcək mağazalar zənciridir.
Sumqayıt şəhərində yerləşən yeni açılan marketə inventarı idarə etmək üçün Qida üzrə Stok kontrol mütəxəssisi axtarırıq.
Tələb əsasında təchizatçılara sifarişlərin verilməsi və sifarişlərin anbara daxil olmasına qədər bütün prosseslərə nəzarət edilməsi;
Qəbul olunmuş məhsulların keyfiyyətini qiymətləndirmək və hər hansı uyğunsuzluqları barədə təchizatçılara və rəhbərliyə bildirilməsi;
Zəif satılan, istifadə müddəti başa çatmış və digər məhsullarına nəzarət edilməsi;
Tədarükçülərlə bağlı yaranan ödəniş gecikmələri, uyğunsuzluqları və digər problemlərin aradan qaldırılması;
Tədarükçüyə verilmiş sifariş ilə mağazanın qəbul etdiyi malları üzləşdirmək, yaranan fərqləri izləmək və araşdırmaq;
Anbara gündəlik mal giriş-çıxışlarını izləmək;
Tədarükçülərə təyin olunmuş stok-günə əsasən hesablanmış ehtiyyacları sifariş halında təqdim etmək və sifarişin təmin olunmasını təşkil etmək;
Təyin olunmuş stok-gündən əlavə verilən insert, endirimli, kampaniyalı sifarişləri icra etmək;
Ticari mal ehtiyacının optimal səviyyədə saxlamaq;
Tədarükçülərin şirkətin çatdırılma zamanı təyin olunmuş qaydalarına əməl etmələrini təmin etmək;
Tədarükçülərin məhsullarının təyinat nöqtəsinə cadvələ əsasən çatdırılıb-çatdırılmadığına nəzarət etmək və yaranan probləmlərin həlli yolunu tapmaq;
Firmaların məhsullarının iadəsini nəzarətdə saxlamaq;
Sayım prosseslərinin planlanması və sayıma nəzarət edilməsi.
Yaş: 25 – 35
Pərakənda satış sahədə azı 2 il iş təcrübəsi
Yüksək səviyyədə Excel biliyi (ciddi tələbdir)
Ali təhsil (Maliyyə və ya oxşar sahədə arzuolunandır)
Korporativ yazışma və işgüzar danışıqların aparılması bacarıqları.
Analiz və planlama bacarığı
İş qrafiki: 6 günlük
İş yeri: Sumqayıt şəhəri, Ayta Market
Əməkhaqqı: 700-800 AZN net.
Müraciət üçün öz rezümenizi [email protected] ünvanına “Food Stok kontrol- Ayta Market” başlığı ilə göndərə bilərsiniz.