Satınalma mütəxəssisi (qida)

  • Ayta Market
  • Elanın qoyulma tarixi: 21.06.2024
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Ayta Market yeni yaradılmış, sürətlə böyüyəməyi hədəfləyən, ölkədə riteyl sahəsinə yeni nəfəs gətirəcək mağazalar zənciridir.
Sumqayıt şəhərində yerləşən yeni açılan marketə inventarı idarə etmək üçün Stok kontrol mütəxəssisi axtarırıq. 

Vəzifə öhdəlikləri:

  • Qida sektorunda yerli və xarici bazarın təhlili və araşdırılması, yeni tədarükçülərin cəlb olunması

  • Mövcud təchizatçılar siyahısında göstərilən və həmçinin yeni yerli və xarici şirkətlərə sorğular göndərmək, təkliflər almaq, dəyərləndirmək, 

  • Təkliflərin dəyərləndirilməsi hesabatları (müqayisə cədvəlləri) tərtib edərək müqayisəli şəkildə ən sərfəli qiymət və şərtlərlə, keyfiyyətli mallar üçün təklifləri müəyyən etmək və müdiriyyətin təsdiqinə göndərmək

  • Alınmış malların qeydiyyatının aparılması;

  • Alınan məhsulların müvafiq standartlara cavab verməsinə nəzarət etmək, ehtiyaclar üzrə vaxtında aidiyyatı qurumlara sifarişlər verilməsi istiqamətində tədbirlər görmək;

  • Təchizatçılarla müqavilələrin bağlanması

  • Sifarişlərin statusunu mütəmadi olaraq izləmək və müvafiq hesabatlarda qeyd etmək

Tələblər:

  • Yaş: 25+

  • İş təcrübəsi: azı 1 il 

  • FMCG sahəsində əsas oyunçuları tanımaq 

  • MS Office (xüsusilə də Microsoft Excel) proqramları üzrə biliklər

Digər detallar

  • İş qrafiki: 6 günlük

  • İş yeri: Sumqayıt şəhəri, Ayta Market

  • Əməkhaqqı: 1200 AZN net.

Müraciət üçün öz rezümenizi [email protected]  ünvanına “Procurement specialist for food - Ayta Market” başlığı ilə göndərə bilərsiniz.