Ayta Market yeni yaradılmış, sürətlə böyüməyi hədəfləyən, ölkədə riteyl sahəsinə yeni nəfəs gətirəcək mağazalar zənciridir.
100 əməkdaşdan ibarət kollektivimizdə insan resursları işlərinə məsul olacaq təcrübəli HR kiçik mütəxəssis axtarırırıq.
İşə qəbul, kadr dəyişikliyi və işdən azadetmə prosesinin icra edilməsi
Aylıq tabellərin hazırlanması
Arayış, xasiyyətnamə və digər sənədlərin hazırlanması
İşçilərin şəxsi işlərini tərtib etmək
Müddəti bitmiş sənədlərin müvafiq qaydada arxivləşdirilməsi
İşçilərin gündəlik davamiyyətlərinə nəzarət etmək və nöqsan və uyğunsuzluqlar barədə rəhbərinə hesabat vermək
Qanunvericiliyə müvafiq qaydada işçilərin işə qəbulu, başqa vəzifəyə keçirilməsi, mükafatlandırılması, intizam tənbehinin verilməsi və işdən azad edilmələrini rəsmiləşdirmək, habelə müvafiq aktların tərtib edilməsini həyata keçirmək
Vəzifə təlimatlarının hazırlanması və saxlanması
Əmək münasibətləri məsələlərinin həll edilməsi
Mövcud vakansiyaların təhlil edilməsi, elanların hazırlanması və yerləşdirilməsi
Şirkətin işəqəbul siyasət və prosedurlarının hazırlanması
Tələblər:
Təhsil: Ali
İR sahəsində minimum 3 (üç) il iş təcrübəsi
Kompüter biliyi: MS Office (Word, Excel)
AR Əmək Məcəlləsi; ƏMAS və s. onlayn alətlər
Yaş: 25 - 40
İngilis və ya rus dilini bilmək üstünlükdür.
Yüksək kommunikasiya, nəticəyönümlülük, analitik düşünmə və təqdimat bacarıqlarına sahib olmaq
Digər detallar
İş qrafiki: 6 günlük
İş yeri: Sumqayıt şəhəri, Ayta Market
Əməkhaqqı: 650 AZN.
Müraciət üçün öz rezümenizi [email protected] ünvanına “HR manager- Ayta Market” başlığı ilə göndərə bilərsiniz.