Çağrı mərkəzi üzrə qrup rəhbəri

İşin təsviri

Tələblər:

  • Müvafiq vəzifə üzrə 1 il ardıcıl iş təcrübəsi;
  • Analitik bacarığı olan;
  • Azərbaycan və rus dillərini yüksək səviyyədə bilən;
  • Güclü kommunikativ qabiliyyətə sahib olan;
  • MS Office, xüsusilə Excel bilikləri;

Vəzifə öhdəlikləri:

  • Operatorların işinin effektiv şəkildə təşkili: əməkdaşların təliminin təşkili; yeni əməkdaşlara işin əsaslarının izahı; operatorların iş keyfiyyətinə nəzarət;
  • Çağrı mərkəzinə daxil olan sualların (sorğuların) birbaşa və ya araşdırıldıqdan sonra cavablandırılması, məlumatlandırma xidmətinin göstərilməsi;
  • Məlumatların (şikayətlərin, təkliflərin) qəbulu və yönəldilməsi;
  • Xidmət keyfiyyətinin yüksəldilməsi və qiymətləndirilməsi;
  • İşçilərin işə qəbulu və adaptasiyasında iştirak, motivasiya sisteminin qurulması;

Biz sənə nə təklif edirik:

  • Sürətlə inkişaf edən Fintech şirkətinin bir hissəsi olmaq;
  • Müasir idarəetmə sistemi və mehriban kollektiv;
  • Öz bilik və bacarıqlarınızı nümayiş və inkişaf etdirmək üçün rahat iş şəraiti;
  • Tibbi sığorta təminatının verilməsi (3 ay sonra);
  • Dadlı və limitsiz qəhvə;
  • “Team building” tədbirlərinin keçirilməsi;

Əmək haqqı və iş rejimi:

  • İş vaxtı: 3 (üç) növbəli iş rejimi (09:00-dan 18:00-dək; 10:00-dan 19:00-dək; 11:00-dan 20:00-dək);
  • Əmək haqqı: 1000 azn (net) + 400 azn KPI bonus;
  • Ünvan: Bakı şəhəri, Xətai rayonu “Demirchi Tower” Biznes Mərkəzi, 11 mərtəbə.