Servis üzrə Menecer

  • Unitexnika MMC
  • Elanın qoyulma tarixi: 06.03.2024
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

İş barədə məlumat:

  • Servis işlərinin təqib olunması
  • Müştərilər tərəfindən gələn zənglərə tam dəqiq, dolğun məlumat verilməsi, müştərilərlə əlaqənin yaradılması
  • Servis işlərinin koordinasiya olunması
  • Müəssisənin proseduru əsasında təyin edilmiş təlimatları icra etmək;
  • Texnikaların fasiləsiz, texniki cəhətdən düzgün istismarını və etibarlı işini, onların saz vəziyyətdə, tələb olunan səviyyədə saxlanılmasını təmin edir
  • Texnikalara baxış, sınaq və profilaktik təmir işlərini təşkil edir. Görülməli işlərin texniki hazırlığını təmin edir
  • Mexaniki problemlərin növləri və onların yaranma səbəbləri aşkar etmək
  • Təmir işlərində əməyin mühafizəsi və təhlükəsizlik texnikası qaydalarına riayət edilməsini təmin edir
  • Texnikaların işini yaxşılaşdıran səmərələşdirici təkliflərə rəy verir, onların tətbiqinə kömək edir
  • Əmanət edilmiş maddi, texniki vəsaitlərə və təqdim etdiyi hesabatların düzgünlüyünə cavabdehlik daşımaq
  • Tabeçiliyində olan işçi heyətə, texnikalara təmir xidməti göstərən işçilərə rəhbərlik edir, işçilərin öz biliyinin və ixtisaslarının artırılması üçün tədbirlər həyata keçirir
  • Təmir və texniki xidməti digər hissələri zədələmədən icra etmək və istehsalçının təmir texnologiyalarına riayət etmək

Namizəd ilə bağlı tələblər (Bilik, təcrübə, bacarıq):

  • Ali və ya orta ixtisas təhsili (müvafiq sahə üzrə)
  • Cinsi – Kişi
  • Dil bilikləri: Azərbaycan dili sərbəst, Rus dili arzu olunandır
  • İş təcrübəsi: 2-3 il
  • Komandada işləmək qabiliyyəti
  • Kompyuter bilikləri
  • Tikinti avadanlıqları barədə biliklərin olunması
  • İşdə dəqiqlik və detallara fikir vermə qabiliyyəti

İş saatı:

  • İş qrafiki - 6 günlük
  • Həftə içi 09:00 – 18:00
  • Şənbə 10:00-16:00
  • Əmək haqqı – 1500 AZN-1800 AZN
  • Nahar şirkət tərəfindən verilir

Vakansiya ilə maraqlanan şəxslər öz CV-lərini e-mail ünvanına mövzu yerində “Servis üzrə Menecer” yazaraq göndərə bilərlər.

Əlaqə nömrəsi 050 485 05 35