İşin təsviri
İş barədə məlumat:
- Servis işlərinin təqib olunması
- Müştərilər tərəfindən gələn zənglərə tam dəqiq, dolğun məlumat verilməsi, müştərilərlə əlaqənin yaradılması
- Servis işlərinin koordinasiya olunması
- Müəssisənin proseduru əsasında təyin edilmiş təlimatları icra etmək;
- Texnikaların fasiləsiz, texniki cəhətdən düzgün istismarını və etibarlı işini, onların saz vəziyyətdə, tələb olunan səviyyədə saxlanılmasını təmin edir
- Texnikalara baxış, sınaq və profilaktik təmir işlərini təşkil edir. Görülməli işlərin texniki hazırlığını təmin edir
- Mexaniki problemlərin növləri və onların yaranma səbəbləri aşkar etmək
- Təmir işlərində əməyin mühafizəsi və təhlükəsizlik texnikası qaydalarına riayət edilməsini təmin edir
- Texnikaların işini yaxşılaşdıran səmərələşdirici təkliflərə rəy verir, onların tətbiqinə kömək edir
- Əmanət edilmiş maddi, texniki vəsaitlərə və təqdim etdiyi hesabatların düzgünlüyünə cavabdehlik daşımaq
- Tabeçiliyində olan işçi heyətə, texnikalara təmir xidməti göstərən işçilərə rəhbərlik edir, işçilərin öz biliyinin və ixtisaslarının artırılması üçün tədbirlər həyata keçirir
- Təmir və texniki xidməti digər hissələri zədələmədən icra etmək və istehsalçının təmir texnologiyalarına riayət etmək
Namizəd ilə bağlı tələblər (Bilik, təcrübə, bacarıq):
- Ali və ya orta ixtisas təhsili (müvafiq sahə üzrə)
- Cinsi – Kişi
- Dil bilikləri: Azərbaycan dili sərbəst, Rus dili arzu olunandır
- İş təcrübəsi: 2-3 il
- Komandada işləmək qabiliyyəti
- Kompyuter bilikləri
- Tikinti avadanlıqları barədə biliklərin olunması
- İşdə dəqiqlik və detallara fikir vermə qabiliyyəti
İş saatı:
- İş qrafiki - 6 günlük
- Həftə içi 09:00 – 18:00
- Şənbə 10:00-16:00
- Əmək haqqı – 1500 AZN-1800 AZN
- Nahar şirkət tərəfindən verilir
Vakansiya ilə maraqlanan şəxslər öz CV-lərini e-mail ünvanına mövzu yerində “Servis üzrə Menecer” yazaraq göndərə bilərlər.
Əlaqə nömrəsi 050 485 05 35