Kiçik mütəxəssis (Zəng mərkəzi)

İşin təsviri

Namizədə dair tələblər:

  • Təhsil: Ali təhsil, 
  • Kompüter bilikləri: MS Office proqramları və digər kömpüter bilikləri əlavə üstünlük hesab olunur,
  • Dil bilikləri: Azərbaycan və Rus dili; digər dil bilikləri əlavə üstünlük hesab olunur,
  • Səlis danışıq qabiliyyəti,
  • Stresə davamlı, Punktual, məsuliyyətli, ünsiyyətçil, işində çevik və dəqiq olması.
  • Komandada işləmək bacarığı;
  • Problem həll etmə bacarığı; 
  • Elektron avadanlıqlardan istifadə etmə bacarığı;
  • Qrammatik yazı yazma bacarığı; 
  • Etik davranış qaydaları biliyi;

Vəzifə öhdəlikləri:

  • Daxil olan zənglərin zamanında cavablandırılması və müştərilərlə biznes etikası standartlarına uyğun olaraq ünsiyyətin qurulması;
  • Müştəriləri məhsul və xidmətlərlə bağlı konsultasiya etmək, yaranan problemlərin həll olunmasında köməklik göstərmək;
  • Müştərilərin şikayət, təklif və tövsiyələrini dinləmək və ya müvafiq şəxsə yönəltmək;
  • Statistik məlumatların hazırlanması, aidiyyəti üzrə şöbəyə məlumatın verilməsi;
  • Xidmət keyfiyyətinin ölçülməsi üçün geridönüşlərin edilməsi. 
  • Müştərilərin istəklərini qeydə alınması və müvafiq şöbəyə yönləndirilməsi;
  • Birbaşa rəhbəri tərəfindən verilən vəzifə öhdəliklərinə aid olan digər tapşırıqların həyata keçirilməsi.
  • Rəhbərlik tərəfindən verilən tapşırıqların vaxtında və dəqiq yerinə yetirilməsi;

İş qrafiki: 5 günlük iş qrafiki (Bayram və Qeyri iş günləri əlavə ödənilir) 09:00-18:00; 11:00-20:00; 13:00-21:00

İş yerinin ünvanı: Bakı şəh., A. Quliyev küç., 1131, Babək Plaza 

Əmək haqqı: Fix əmək haqqı (müsahibə və təcrübə nəticəsində müəyyən olunur)+Bonus

Göstərilən tələblərə cavab verən namizədlərdən Azərbaycan dilində tərtib edilmiş CV-lərini mövzu (subject) hissəsinə “kiçik mütəxəssis (zəng mərkəzi)" adını qeyd edərək e-mail ünvanına göndərmələri xahiş olunur.

Qeyd: Müsahibə mərhələli şəkildə təşkil edilir.

Yalnız tələblərə uyğun namizədlərlə əlaqə saxlanılacaqdır

NBA Technologies International LLC tərəfindən digər vakansiyalar