Çağrı üzrə mütəxəssis

İşin təsviri

Tələb olunan bilik, təcrübə və bacarıqlar:

  • Ali tibbi təhsil
  • Sahə üzrə minimum 1 il iş təcrübəsi
  • Kompüter bilikləri: Microsoft Office – yaxşı

Bacarıqlara dair tələblər:

  • Komandada işləmə bacarığı
  • Məsuliyyətlilik
  • İntizamlılıq
  • Dəqiqlik
  • Nəticəyönümlülük
  • Fikrini səlis ifadə etmək
  • Stressə davamlılıq

İşin təsviri:

  • Çağrı xidməti şöbəsinə daxil olan müraciətlərin qəbul edilməsi, baxılması və cavablandırılmasının təmin edilməsi;
  • Daxil olmuş müraciətin əlavə araşdırılması məqsədilə aidiyyəti üzrə göndərilməsinin təmin edilməsi;
  • Müraciət edən şəxslərə tələb olunan digər informasiya xidmətlərinin göstərillməsi;
  • Vətəndaşların Çağrı xidməti şöbəsinə etdikləri müraciətində qaldırılan məsələlərin qanunvericilikdə müəyyən edilmiş qaydada həll olunması, pozulmuş hüquqlarının bərpa olunması ilə bağlı tədbirlərin görülməsi;
  • Müvafiq sahə üzrə qanunvericiliyin yüksək səviyyədə mənimsənilməsi;
  • İş xüsusiyyətindən asılı olaraq digər şöbə və strukturlarla koordinasiyanın təmin edilməsi;
  • Vəzifə təlimatında müəyyən olunmuş vəzifələrin yerinə yetirilməsi məqsədi ilə əlaqədar struktur bölmələr və tabeli qurumlardan zəruri məlumatların tələb edilməsi;
  • İş xüsusiyyətindən asılı olaraq müvafiq məlumatların bölüşülməsi və əldə edilməsi;
  • TƏBİB-in tabeliyində olan müəssisə və təşkilatlarına şöbənin fəaliyyət istiqamətinə uyğun məsələlər ilə bağlı metodiki köməkliyin göstərilməsi;
  • Dövlət, həkim və kommersiya sirrinin, habelə məxfilik rejiminin qorunması üçün tədbirlərin görülməsi.

Əlavə qeydlər: İş qrafiki: Növbəli iş

Müraciət etmə qaydaları:

Maraqlanan namizədlərdən aşağıda göstərilən qaydada müraciət etmələri xahiş olunur:

  • CV e-mail ünvanına göndərilməlidir;
  • Mövzu sətrində “Çağrı xidməti şöbəsi - mütəxəssis” qeyd olunmalıdır;
  • CV-lər 22 dekabr, 2023-cü il tarixinə qədər göndərilməlidir.

Müraciət edən namizədlərin CV-ləri seçim üçün ilkin baxışdan keçiriləcəkdir. İlkin CV seçimi zamanı qeyd edilən şərtlərə uyğun namizədlərlə e-poçt və / və ya telefon vasitəsilə əlaqə saxlanılaraq müsahibəyə dəvət olunacaqlar.

Diqqət: IT təhlükəsizliyi səbəbilə *yandex.ru, *mail.ru, *list.ru, *inbox.ru, *bk.ru, *yahoo.com. domenlərindən e-məktub qəbul edilmədiyini nəzərə alaraq, müraciətinizi başqa domenli elektron poçt ünvanlarından göndərməyiniz xahiş olunur.