İşin təsviri
Mövcud iş yeri:
- “Salyan Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxs
Əmək haqqı:
- Əmək haqqı “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin tabeliyindəki tibb müəssisələrində çalışan səhiyyə işçilərinin əməyinin ödənilməsi Qaydasına uyğun olaraq tənzimlənir.
Tələb olunan bilik, təcrübə və bacarıqlar:
- Ali tibb təhsili
- Sahə üzrə 3 il iş təcrübəsi
- Kompüter bilikləri: Microsoft Office (yaxşı səviyyədə)
Şəxsi keyfiyyət və bacarıqlara dair tələblər:
- Komandada işləmə;
- Məsuliyyətlilik;
- Nəticəyönümlülük;
- Təşkilatçılıq;
- İntizamlılıq.
İşin təsviri:
- TƏBİB-in Keyfiyyətin İdarə Olunması Şöbəsi ilə koordinasiyalı şəkildə təsdiq edilmiş keyfiyyət standartlarının tətbiqini təmin etmək;
- TƏBİB-dən daxil olan sənədlər əsasında tibb müəssisələrində tətbiq olunan keyfiyyət standartlarına dair sənədləri hazırlamaq, ehtiyac olduqda yeniləmək və təsdiq üçün rəhbərliyə təqdim etmək;
- Təsdiq olunmuş standartlar əsasında müəssisə rəhbəri ilə birlikdə şöbələr üzrə hədəfləri müəyyən edib iş planı hazırlamaq;
- TƏBİB tərəfindən keyfiyyətin idarə olunmasına dair göndərilən sənədləri aidiyyəti şöbələrə çatdırmaq və qeydiyyatını aparmaq;
- Keyfiyyətin idarə edilməsi ilə bağlı təlim planı hazırlamaq, təlimləri təşkil edib qeydiyyatını aparmaq;
- Keyfiyyət standartlarının tətbiqində yaranan problemlərlə bağlı maraqlı tərəflərin iştirakı ilə iclaslar keçirmək və protokollaşdırmaq;
- İnfeksiyaların profilaktikası və nəzarət üzrə komitələrin hesabatlarını toplamaq, təhlil etmək və keyfiyyət üzrə hesabatlara daxil etmək;
- Arzuolunmaz hadisələrin qeydiyyatı və protokollaşdırılmasını təşkil etmək, korreksiyaedici və preventiv tədbirlərin icrasına nəzarət etmək;
- Keyfiyyət standartlarının tətbiqi üzrə dövri hesabatları qiymətləndirmə meyarlarına uyğun hazırlayıb TƏBİB-ə təqdim etmək;
- Hesabatların nəticələrini müzakirə etmək üçün rəhbərlik və maraqlı tərəflərlə iclaslar təşkil edib protokollaşdırmaq.
Müraciət qaydası:
- CV Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərilməlidir;
- Mövzu sətrində “Salyan RMX – Keyfiyyətə nəzarətin idarəedilməsi üzrə mütəxəssis” qeyd olunmalıdır;
Müraciət edən namizədlərin CV-ləri seçim üçün ilkin baxışdan keçiriləcəkdir. İlkin CV seçimi zamanı qeyd edilən şərtlərə uyğun namizədlərlə e-poçt və / və ya telefon vasitəsilə əlaqə saxlanılaraq müsahibəyə dəvət olunacaqlar.