Hüquqşünas

İşin təsviri

Mövcud iş yeri:

  • “Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzi” publik hüquqi şəxs 

Əmək haqqı:

  • Əmək haqqı “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin tabeliyindəki tibb müəssisələrində çalışan səhiyyə işçilərinin əməyinin ödənilməsi Qaydasına uyğun olaraq tənzimlənir.

Tələb olunan bilik, təcrübə və bacarıqlar:

  • Ali hüquq təhsili
  • Sahə üzrə 3 ildən az olmayaraq iş stajı 
  • Kompüter bilikləri: Microsoft Office (sərbəst səviyyədə)

Şəxsi keyfiyyət və bacarıqlara dair tələblər: 

  • Komandada işləmə;
  • Analitik araşdırma;
  • Nəticəyönümlülük;
  • Məsuliyyətlilik;
  • İntizamlılıq;
  • Dəqiqlik.

İşin təsviri:

  • Müəssisəyə daxil olan normativ hüquqi aktların, müqavilə və digər sənədlərin hüquqi ekspertizasını aparmaq, qanunvericiliyə uyğunluğunu yoxlamaq;
  • Müəssisənin struktur bölmələri tərəfindən hazırlanmış sənədlərin (əmr, məktub, arayış, sorğu, akt və s.) hüquqi baxımdan ekspertizasını həyata keçirmək;
  • Daxili normativ sənədlərin hazırlanması, təsdiqi və təkmilləşdirilməsi ilə bağlı təkliflər vermək;
  • Qanun pozuntuları aşkar edildikdə araşdırma aparmaq və müvafiq tədbirlərin görülməsini təmin etmək;
  • Müəssisəni məhkəmə proseslərində və dövlət orqanlarında təmsil etmək, hüquqi maraqlarını müdafiə etmək;
  • Müqavilələrin hazırlanması, hüquqi ekspertizası və icrası ilə bağlı məsləhətlər vermək;
  • Müəssisənin struktur bölmələrinə hüquqi məsələlər üzrə rəylər təqdim etmək və yeni qəbul edilmiş aktlar barədə məlumatlandırmaq;
  • Vətəndaş və təşkilatlardan daxil olan müraciətlərin qanunvericiliyə uyğun şəkildə baxılmasını təmin etmək.

Müraciət qaydası:

  • CV-lər Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərilməlidir;
  • Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “RTTTYM – Hüquqşünas” yazaraq göndərmələri xahiş olunur.

Müraciətlər nəzərdən keçirilərək, yalnız yuxarıda göstərilən müraciət qaydalarına riayət edən və tələb olunan sənədləri təqdim edən namizədlərlə əlaqə saxlanılacaqdır.

Diqqət: IT təhlükəsizliyi səbəbilə *yandex.ru, *mail.ru, *list.ru, *inbox.ru, *bk.ru, *yahoo.com. domenlərindən e-məktub qəbul edilmədiyini nəzərə alaraq, müraciətinizi başqa domenli elektron poçt ünvanlarından göndərməyiniz xahiş olunur.