Əlaqə mərkəzi üzrə stajçı/kiçik mütəxəssis

İşin təsviri

Öhdəliklər:

  • Şirkətə daxil olan müraciətləri qəbul etmək və daxili sistemdə qeydiyyatını aparmaq;
  • Qeydiyyata alınmış müraciətləri vaxtında həll etmək və lazım olduğu təqdirdə geri dönüş zənglərini yerinə yetirmək;
  • Müştərilərin şikayət, təklif və tövsiyyələrini dinləmək və ya müvafiq şəxsə yönləndirmək.
  • Müraciət zamanı şirkətin xidmətləri haqqında ətraflı məlumat vermək;

Tələblər:

  • Ali təhsil;
  • Müvafiq sahədə minimum 1 il iş təcrübəsi;
  • Azərbaycan və rus dilində sərbəst, ingilis dilində yaxşı səviyyədə danışıq qabiliyyəti;
  • Microsoft Office proqram təminatı üzrə orta səviyyədə işləmək bacarığı;

Fərdi keyfiyyət tələbləri:

Yüksək analitik düşünmə qabiliyyəti, məsuliyyətlilik və icraetmə bacarığı, vaxtın idarə edilməsi, məqsədyönlülük, nəticəyə meyillilik bacarığı, məlumat toplamaq və təhlil etmək bacarığı, danışıqlar aparmaq, dinləmə, məlumatın düzgün ötürülmə bacarıqları, yazı qabiliyyəti, konfliktlərin və stressin idarə edilməsi, etibarlılıq və şirkətə sədaqətlilik, komanda ilə işləmək bacarığı, özünütəkmilləşdirmə bacarığı, təşəbbüskarlıq və yenilikçilik bacarığı.

Qeyd:Tələblərə uyğun namizədlər mövzu hissəsində vakansiyanın adını (Əlaqə mərkəzi üzrə stajçı/kiçik mütəxəssis) qeyd edərək Cv-lərini elektron poçt ünvanına göndərə bilərlər.