Risklərin idarəedilməsi şöbəsinə kiçik mütəxəssis/mütəxəssis

İşin təsviri

İş qrafiki: 09:00 – 18:00 (Bazar ertəsi – Cümə)

Ünvan: Bakı şəhəri,Heydər Əliyev pr,164

Öhdəliklər:

  • Cəmiyyətin struktur bölmələrində potensial riskləri aşkar etmək və onların qiymətləndirilməsində iştirak etmək;
  • Risklərin idarəedilməsi ilə bağlı siyasət sənədləri, prosedur və metodologiyaların hazırlanması və mütəmadi yenilənməsində iştirak etmək;
  • Maliyyə təşkilatları və təkrarsığorta şirkətlərinin reytinqlərinin nəzarətdə saxlanılması və onların mütəmadi yenilənməsində iştirak etmək;                                       
  • Risklərin qiymətləndirilməsi və nəticələr əsasında risk xəritəsinin hazırlanması prosesində iştirak etmək;                           
  • Risk limitlərinə riayət olunmasına daimi nəzarəti həyata keçirmək;
  • Risklərin idarə edilməsi prosesində lazımi hesabatlıqları tərtib etmək;     
  • GAP analizinin aparılmasında iştirak etmək;           
  • Cəmiyyətin kapital adekvatlığı və stress-test modellərinin hazırlanmasında, onların tətbiq edilməsində və nəticələri ilə bağlı təkliflərin verilməsində iştirak etmək;
  • Risklərin idarəedilməsi strategiyası və siyasətinə riayət olunmasının monitorinqini həyata keçirmək.

Tələblər:

  • Riyaziyyat, maliyyə və iqtisadiyyat üzrə ali təhsil;
  • Ms Office proqramında peşəkar səviyyədə işləmək bacarığı;
  • Azərbaycan və İngilis dillərində yüksək səviyyədə biliklərin olması;
  • Risklərin idarəedilməsi,aktuar fəaliyyəti və ya audit üzrə 1-2 illik iş təcrübəsi ;
  • Sahə üzrə arzu olunan sertifikat: FRM.
  • Risk yönümlü düşüncə, təhlil etmə, yazılı və şifahi kommunikasiya, komandada işləmək bacarığı, operativlik, intizamlılıq, dəqiqlik və məsuliyyət.

Qeyd: Tələblərə uyğun namizədlər mövzu hissəsində vakansiyanın adını “Risklərin idarəedilməsi şöbəsinə kiçik mütəxəssis/mütəxəssis” qeyd edərək Cv-lərini Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərə bilərlər.