Çağrı mərkəzi operatoru

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • Daxil olan zənglərin zamanında cavablandırılması və müştərilərlə biznes etikası standartlarına uyğun olaraq (mehriban, təmkinlə, səbrlə, gülərüzlə və s.) ünsiyyətin qurulması
  • Şirkətin xidmətləri haqqında müştərilərin tam olaraq məlumatlandırılması və müştəri istəklərinə müvafiq olan xidmətlərə uyğun olan qiymətin müştəriyə ən uyğun formada bildirilməsi
  • Sifarişin gedişatının və sonlandırılmasının nəzarətdə saxlanılması və hər hansı problemli vəziyyət olduqda (gecikmə, çatışmazlıq və s.) müştəriyə dərhal məlumatın verilməsi
  • Mövcud müştərilərin daimi diqqətdə saxlanılması, onlara vaxtaşırı zənglərin edilməsi yaranan problemlərin aradan qaldırılması üçün müvafiq bölmələrin məlumatlandırılması;
  • Sifarişin qeydiyyata alınması və icrası ilə bağlı gedişatların sistemdə işlənilməsi

Tələblər:

  • İş təcrübəsi - 1 ildən çox olmalı
  • Dil biliyi- Azərbaycan dilində, Rus dilində səlis danışıq qabiliyyət
  • Gülərüz, ünsiyyətcil olmalı
  • Stressə dözümlü olmalı 
  • Müştərilərlə mehriban davranmalı
  • Verilən tapşırıqları vaxtında və məsuliyyətlə yerinə yetirməli

Özünə güvənən gənclər buyurub müraciət edə bilər.

Müraciət etmək istəyən namizədlərdən CV-lərini mail ünvanına mövzu hissəsinə “Çağrı mərkəzi operatoru” qeyd edərək göndərmələri xahiş olunur.

İşəgötürənin reytinqi

Gədəbəy Mineral Suları MMC tərəfindən digər vakansiyalar