Gədəbəy Mineral Suları MMC


Gədəbəy rayonu yalnız tarixi və qədim abidələri ilə deyil, həm də gözəl iqlimi, səfalı bulaqları ilə də məşhurdur. Belə məşhur bulaqlardan biri də rayonun Slavyanka kəndində yerləşən “Novlu” bulağıdır. Özünəməxsus xüsusiyyətlərə və müxtəlif faydalı minerallara malik bu bulağın suyu 2004-cü ildən Gədəbəy Mineral Suları MMC şirkəti tərəfindən “Gədəbəy” və “Slavyanka – 1” markaları ilə istehsala buraxılır. Suya olan tələbatı nəzərə alaraq 2010-cu ildə Gədəbəy rayonunun Zəhmət kəndində dünya standartlarına uyğun yeni texnologiyalarla təchiz olunmuş fabrik istifadəyə verilmişdir. 2014-cü  ildən isə limonad fabriki fəaliyyətə başlamışdır.

İSTEHSAL OLUNAN MƏHSULLAR HAQQINDA:

Hal-hazırda Gədəbəy Mineral Suları” MMC-də fəaliyyətdə olan iki fabrikada 6  texnoloji xətt quraşdırılmışdır. Bu xətlərdə pet və şüşə butulkalarda 38  çeşiddə müxtəlif həcmli qazlaşdırılmış və qazlaşdırılmamış mineral su, limonad məhsulları istehsal olunur.

İşəgötürənin reytinqi

Rəy yoxdur. Bəlkə bu şirkət haqda elə birinci rəyi sən yazasan?