Satınalmalar şöbəsinin rəisi

  • Azenco JSC
  • Elanın qoyulma tarixi: 28.09.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə və Öhdəlikləri:

  • Daxili və xarici bazar payının genişləndirilməsi istiqamətində satış strategiyasının və əməliyyat planlarının hazırlanması və həyata keçirilməsi;
  • Cəmiyyətin bütün satınalma işləri və təchizat üzrə sifarişlərin təmin edilməsi;
  • Hesabatların hazırlanması və analizi, satınalma sorğularının hazırlanması, təchizatçıların analizi və digər prosseslərin effektiv idarəolunmasını təşkil etmək;
  • Müqavilələrin həyata keçirilməsi və nəzarətdə saxlanılması, müqavilə şərtlərinin müəyyən olunmasını təmin etmək;
  • Məhsul çeşidi və ölkə baxımından yeni bazarların axtarışı, dəyərləndirilməsi, satışın təşkili və inkişafı;
  • Satış əməkdaşları tərəfindən hesabatlığın təmin edilməsi və hesabatların dəyərləndirilməsi ilə uyğun tədbirlərin həyata keçirilməsi;
  • Bazarın təhlili, tələb olunan materialların yerli və xarici bazarda araşdırılması, təchizatçı bazasının hazırlanması;
  • Ən aşağı qiymət və ən sərfəli kommersiya şərtlərinin əldə edilməsi üçün təchizatçılarla danışıqlar aparılması;
  • Alınan məhsulların müvafiq standartlara cavab verməsinə nəzarət etmək, onların qəbulunda iştirak etmək, ehtiyaclar üzrə vaxtında aidiyyəti müəssisə və qurumlara sifarişlər verilməsi istiqamətində tədbirlər görmək;
  • Tenderlərdə iştirakın lazımi şəkildə təmin olunması; 
  • Ən yüksək keyfiyyəti, ən aşağı ümumi dəyəri və ən yüksək vaxtında çatdırılma performansını təmin edən satınalma proqramlarını hazırlamaq və həyata keçirmək;
  •  Heyəti ilə sıx əməkdaşlıq edilməsi;
  •  Xərcləri azaltmaq və effektivliyi artırmaq üçün əsas funksional göstəriciləri izləyib və hesabat verilməsi;
  •  Satınalma sifarişlərinin təsdiq edilməsi və malların və xidmətlərin çatdırılmasının təşkili və təsdiqlənməsi;
  • Satıcılar və təchizatçılarla uzunmüddətli əlaqələrin qurulması və saxlanması;
  •  Etibarlı tədarükçülər və təchizatçıların axtarışı və cəlb edilməsi;

Biliklər:

  • Ali təhsil;
  • Dil bilikləri – Azərbaycan və İngilis dillərində səlis danışıq (Rus dili arzu olunandı);
  • Proqram – Microsoft Office;

Təcrübə:

  • Müvafiq sahə üzrə minimum 5 il iş təcrübəsi; 

Bacarıqlar:

  • Yüksək ünsiyyət və davranış bacarığı;
  • Dəqiqlik və dürüstlük;
  • Öz fikirlərini sərbəst ifadə etmək bacarığı;
  • Yaranan şəraitdə tez reaksiya göstərmək bacarığı;
  • Komanda ilə işləmək və idarəetmək bacarığı;
  • Təqdimat və təsiretmə bacarığı;
  • Qərar vermə bacarığı; 
  • Güclü liderlik qabiliyyəti

Əmək şəraiti:

  • Həftə içi 5 gün (saat 09:00-18:00)
  • İstirahət günləri: Şənbə və Bazar;
  • Korporativ nömrə (korporativ paket),
  • Əmək haqqı: Namizədin təcrübəsinə əsasən müəyyənləşdiriləcək.
  • Ünvan: Bakı şəh, Xətai rayonu, Daşqın Səfərov küç. 9.