HSE Manager (SƏTƏM Meneceri) – 2 people

  • Azenco JSC
  • Elanın qoyulma tarixi: 03.10.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

  Vəzifə öhdəlikləri:

  • Əməyin mühafizəsi haqqında normativlərə və standartlara, təhlükəsizlik texnikası qaydalarına və digər normativ sənədlərə riayət olunmasına nəzərat etmək;
  • İstehsalatda zədələnmə səbəblərinin analizi və qarşısını almaq üçün tədbirlər hazırlamaq və onların həyata keçirilməsini təşkil etmək;
  • İş yerlərində sanitar texniki vəziyyətin yoxlanmasında iştirak etmək;
  • Binanın, qurğuların və avadanlıqların əməyin mühafizəsi üzrə texniki vəziyyətin yoxlanmasında iştirak etmək;
  • Struktur bölmələrində, istehsalatda ətraf mühitin çirkləndirilməsinin qarşısını almaqda tədbirlərin görülməsində iştirak etmək;
  • İşə götürülənlərlə giriş təlimatı aparmaq və işçilərə əməyin mühafizəsi üzrə ortaya çıxan məsələlərin aradan qaldırılmasında köməklik etmək;
  • Xidmətlərə təlimatların işlənib hazırlanmasında kömək etmək;
  • İşçilərin əməyin mühafizəsi üzrə ərizə, məktub və şikayətlərinə baxmalı və lazımi ölçülər götürmək;
  • Fəaliyyət ilə bağlı mütəmadi olaraq müəssisənin rəhbərliyinə hesabatlar hazırlayıb təqdim etmək və s.

Namizədə Tələblər:

  • Ali təhsil;
  • Sahə üzrə 5 il iş təcrübəsi;
  • Yüksək səviyyədə Azərbaycan, ingilis və rus dili biliyi;
  • Microsoft Office proqramlarını yüksək səviyyədə bilmək və internet resurslarından mükəmməl istifadə bacarığı;
  • Sahə üzrə sertifikatların olması arzuolunandır.

Əmək şəraiti:

  • Həftə içi 5 gün saat (09:00-18:00);
  • İstirahət günləri: Şənbə və Bazar;
  • Korporativ nömrə (korporativ paket);
  • Əməkhaqqı: Namizədin bilik və bacarıqlarına əsasən razılaşma yolu ilə təyin ediləcək;
  • Ünvan: Bakı şəh, Xətai rayonu, Daşqın Səfərov küç. 9.