Azenco JSC


“Azenco” ASC su və istilik elektrik stansiyaları, yüksək gərginlikli elektrik verilişi xətləri, elektrik enerjisinin paylanması sisteminin tikintisi və inkişafı, su və kanalizasiya sistemləri də daxil olmaqla energetika sahəsində "Layihələndirmə, tikinti və satınalma" müqavilələrini həyata keçirən enerji tikinti şirkətidir. Bundan əlavə şirkət elektrik stansiyaları,yarımstansiya və elektrik verilişi xətlərinin bərpası üzrə müvafiq xidmətlər də təklif edir.

Tədqiqat və analizlər: "Azenco" şirkəti geoloji tədqiqat işlərini yüksək səviyyədə yerinə yetirir və bu işlərin həyata keçirilməsi üçün müasir avadanlıqla təchiz edilmiş elmi-tədqiqat laboratoriyalarına sahibdir. Şirkət dünaynın ən məşhur şirkətlərinin istehsalı olan 1500-dən artıq xüsusi təyinatlı texniki vasitələrə malikdir. Ümumi kadr heyətinin sayı isə 5000-dən artıqdır.

Rəy yoxdur. Bəlkə bu şirkət haqda elə birinci rəyi sən yazasan?