Aparıcı layihə rəhbəri

  • Azenco JSC
  • Elanın qoyulma tarixi: 28.09.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə və Öhdəlikləri:

  • Layihənin İcra Planına uyğun olaraq, öhdəliyə götürülmüş Tikinti-İnşaat işlərini vaxtında, öncədən müəyyən edilmiş Texniki, Keyfiyyət və SƏTƏM standartlarına uyğun olmaqla və razılaşdırılmış maliyyə standartları və büdcə tərtibatı çərçivəsində həyata keçirmək;
  • Layihələrin müəyyənləşdirilməsi, prioritetləşdirilməsi və həyata keçirilməsi üçün müvafiq struktur bölmə rəhbərləri ilə əməkdaşlığın təmin edilməsi;
  • Layihə üzrə şirkəti təmsil etmə, o cümlədən müştəri, məsləhətçi, subpodrat və dövlət ilə olan rəsmi və qeyri rəsmi münasibətlərin tənzimlənməsi;
  • Layihə üçün lazımi işçi qüvvəsi, avadanlıq və materialların müəyyən edilməsi, 
  • Tikinti layihəsinə cəlb edilmiş subpodratçı firmaların gördüyü işlərə nəzarət edilməsi;
  • Layihənin icrası üzrə işlərin həyata keçirilməsinin təşkili, əlaqələndirilməsi və müəyyən edilmiş büdcə, plan, keyfiyyət standartları və tələblərə əsasən layihənin idarə edilməsi;
  • Layihə üzrə işlərin əhatə sahələrini, məqsəd və hədəflərini, tamamlama və çatdırılma müddətlərini  müəyyən etmək və onlara nail olunması üçün bütün resurslardan səmərəli istifadə etmək;
  • Lahiyə çərçivəsində son tarixləri təyin edərək icra üzrə düzgün vəzifə bölgüsünün aparılması və komanda işinin idarə edilməsinə nəzarət;
  • Smeta sənədlərinin uçotunun aparılması, smeta-maliyyə hesablamalarının sistemləşdirilməsi;
  • Strateji təhlilin və layihələrin icrasında mövcud boşluqların mütəmadi əhatəli təhlilinin həyata keçirilməsi, risklərin və resursların analizi, onların həlli istiqamətində tədbirlərin görülməsi;
  • Tədqiqat və təcrübə-konstruktor işlərinin aparılması üsulları, hazırlanmaqda olan layihələrin keyfiyyətinin qiymətləndirilməsi;
  • Təşkilatın və rəqiblərin layihələrinin həyata keçirilməsi təcrübəsinin, çətinliklərin və uğursuzluqların səbəblərinin, dizayn obyektlərinin istismarına dair məlumatların təhlil edilməsi;
  • Yeni layihələrin hazırlanması və mövcud layihələr üzrə proseslərin təkmilləşdirilməsi;
  • Rəhbərlik tərəfindən həvalə olunan digər aidiyyəti tapşırıqların yerinə yetirilməsi və mütəmadi qaydada hesabatların verilməsi;

Namizədə tələblər:

  • Ali təhsil;
  • Dövlət Qurumlarında və yə digər əlaqəli müəssisələrdə layihə rəhbəri kimi ən azı 10 il iş təcrübəsi;
  • Yüksək səviyyədə Azərbaycan, ingilis və rus dili biliyi;
  • Microsoft Office, AutoCAD, ArchiCAD, Primavera, MS Project proqramlarını yüksək səviyyədə bilmək və internet resurslarından mükəmməl istifadə bacarığı;
  • Effektiv şifahi və yazılı peşəkar kommunikasiya bacarığı;
  • Beynəlxalq təcrübəni öyrənmək, təhlil etmək və tətbiqinə nail olmaq bacarığı;
  • Analitik, strateji düşünmə və problemlərin öhdəsindən asanlıqla gəlmək bacarığı;
  • Təşəbbüslər ilə çıxış etmək bacarığı;

Əmək şəraiti:

  • Həftə içi 5 gün (saat 09:00-18:00)
  • İstirahət günləri: Şənbə və  Bazar;
  • Korparativ nömrə (korporativ paket);
  • Əmək haqqı: Namizədin təcrübəsinə əsasən müəyyənləşdiriləcək.
  • Ünvan: Bakı şəhəri, Xətai rayonu, D.Səfərov 9.