Aparıcı Memar - Dizayner

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • Layihələrin yoxlanılması, analizi və zəruri düzəlişlərin verilməsi
  • Memarlıq və mühəndislik planlarının hazırlanması və layihələndirməyə nəzarət
  • Layihələrin yerli və beynəlxalq standartlara uyğunluğunun təmin edilməsi
  • Podratçı və subpodratçıların işlərinə nəzarət, görülən işlərin yoxlanılması və hesabatların hazırlanması
  • Layihə proqramı və dizayn tələblərinin hazırlanması
  • Layihə qruplarına dizayn spesifikasiyalarının izah edilməsi və koordinasiya 
  • Məsləhətçilərin rəy və təkliflərinin koordinasiyası
  • Layihələndirmə məsələlərinin vaxtında həlli üçün tərəfdaşlarla ünsiyyət
  • Obyektlərdə ölçü işlərinin aparılması
  • Eskiz, memarlıq planları, shop drawing və detallı çertyojların hazırlanması
  • Eksteryer və interyer üzrə 3D vizuallaşdırmaların hazırlanması
  • Fit-Out işləri üzrə layihələrin icrasında iştirak

Tələblər:

  • Müvafiq sahə üzrə ali təhsil
  • Fit-Out / interyer layihələri sahəsində minimum 5 il iş təcrübəsi
  • ArchiCAD, AutoCAD, 3ds Max, Revit, SketchUp, Adobe Illustrator və s. proqramlarda işləmək bacarığı
  • Rus və ingilis dilləri arzuolunandır
  • Əllə eskiz çəkmək bacarığı üstünlükdür
  • Shop drawing və detallı çertyojlar üzrə praktiki təcrübə
  • Məsuliyyətli, dəqiq, nizam-intizamlı və kreativ olmaq
  • Tapşırıqları vaxtında və keyfiyyətlə yerinə yetirmək bacarığı

İş şəraiti:

  • İş yeri: Bakı
  • İş qrafiki: Tam ştat
  • Əmək haqqı: 2500 AZN 

CV-lərinizi mövzu hissəsində “Memar dizayner” qeyd etməklə Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.