HR manager

İşin təsviri

Vakansiyanın təsviri

  • Namizədlərin axtarışı, ilkin seçimlərin aparılması və müsahibələrin təşkilində iştirak etmək;
  • Yeni əməkdaşların sənədlərinin yoxlanılması və rəsmiləşmə proseslərinin əlaqələndirilməsi;
  • Ştat cədvəlinə uyğun olaraq əməkdaş sayına nəzarət etmək;
  • Daxil olan müraciətləri təhlil etmək, uyğun hesab olunan namizədləri test və/və ya müsahibə mərhələsinə dəvət etmək;
  • Çıxış müsahibələrinin keçirilməsi və nəticələrin təhlili;
  • EMAS və İSB portallarında əməliyyatların həyata keçirilməsi;
  • Əmək Məcəlləsinə uyğun olaraq əməkdaşların işə qəbulu, işdən azad olunması, yerdəyişməsi, vəzifədə irəliləməsi; əməkdaşların şəxsi işlərinin hazırlanması; elektron əmək müqavilələrinin təsdiqlənməsinə nəzarət;
  • Performansın idarə olunması və əməkdaşların qiymətləndirilməsi sistemlərinin təşkilində və icrasında iştirak;
  • Əməkdaşların məzuniyyət uçotunun aparılması və məzuniyyət qrafikinə riayət olunmasına nəzarət;
  • Bütün növ kadr əmrlərinin hazırlanması;
  • Bütün vəzifələr üzrə əməkdaşların vəzifə təlimatlarının hazırlanması, təsdiqi və onlarla tanış edilməsi;
  • Əməkdaşların davamiyyət uçotuna nəzarət və yoxlanıldıqdan sonra mühasibatlığa təqdim olunması;
  • Xəstəlik vərəqələrinin yoxlanılması, qeydiyyatı və uçotu;
  • Arayışların, kadrlarla bağlı yazışmaların və digər müvafiq sənədlərin hazırlanması və qeydiyyatı;
  • Təlim ehtiyaclarının müəyyən edilməsi və əməkdaşların inkişaf fəaliyyətlərinin planlaşdırılması;
  • Şirkət mədəniyyəti və təşkilati dəyişikliklərlə bağlı layihələrin təşəbbüsü;
  • Rəhbərliyin tapşırığı əsasında kadrlarla bağlı hesabatların hazırlanması və digər HR ilə bağlı vəzifələrin icrası.

Xüsusi tələblər

  • Ali təhsil (İqtisadiyyat və ya İnsan Resursları sahəsində üstünlük verilir);
  • MS Office, 1C proqramları üzrə biliklər;
  • Azərbaycan Respublikasının Əmək Məcəlləsi üzrə praktiki biliklər;
  • Müvafiq sahə üzrə minimum 1 il iş təcrübəsi;
  • Güclü ünsiyyət bacarıqları, məsuliyyətli və komandada işləməyi bacaran

 Əmək haqqı: Namizədin bilik, iş təcrübəsi və şəxsi keyfiyyətləri əsasında təyin olunacaq

 Göstərilən tələblərə uyğun namizədlər mövzu qismində HR manager qeyd etməklə CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərilməlidir