İşin təsviri
Vəzifə öhdəlikləri:
Satış strategiyasının hazırlanması və inkişafı:
- Şirkətin satış strategiyasının hazırlanması və həyata keçirilməsi.
- Yeni bazarların/satış kanallarının araşdırılması və inkişaf perspektivlərinin müəyyənləşdirilməsi.
- Satış planlarının yerinə yetirilməsinə nəzarət və əsas göstəricilərin (KPI) analizi.
- Korporativ və satış komandasının təşkili və bu yeni satış kanalın inkişaf etdirilməsi
Müştərilərlə və tərəfdaşlarla iş:
- Böyük müştərilərlə (B2B və B2C) əlaqələrin qurulması və inkişafı.
- Danışıqların aparılması və iri müştərilərlə müqavilələrin bağlanması.
- Qiymət siyasətinin idarə edilməsi və kommersiya təkliflərinin hazırlanmasına nəzarət.
Bazar və rəqabət analizi:
- Əmlak bazarında tendensiyaların monitorinqi.
- Rəqiblərin analizi və unikal ticarət təklifinin hazırlanması.
- Marketinq şöbəsi ilə əməkdaşlıq edərək yeni müştərilərin cəlb edilməsi.
- Effektiv satış alətlərinin və texnologiyalarının tətbiqi.
- Satış proseslərinin avtomatlaşdırılması, CRM sistemlərinin və analitik alətlərin tətbiqi.
Tələblər:
- Satış sahəsində 3-5 ildən çox təcrübə , xüsusilə əmlak sahəsində.
- Danışıqlar aparmaq və böyük müştərilərlə işləmək bacarığı.
- Analitik düşüncə və məlumatlarla işləmək bacarığı.
- Müasir satış alətlərinin biliyi
- İnkişaf və yeniliklərin tətbiqinə açıq olmaq.
- Yaş həddi 35-50 arası
- Dil bilikləri: azərbaycan, rus, ingilis dili
- Sürücülük vəsiqəsi və şəxsi avtomobili arzu olunandır.
Əmək haqqı: 3000 azn (Namizədin bilik, iş təcrübəsi və şəxsi keyfiyyətləri əsasında təyin olunacaq).
Göstərilən tələblərə uyğun namizədlər mövzu qismində «Korporativ Satış Direktoru» qeyd etməklə CV-lərini elektron poçt ünvanına göndərilməlidir.