Satıcı

İşin təsviri

NewCond şirkəti  HVAC (isitmə, soyutma və havalandırma) sahəsi üzrə fəaliyyət göstərir.  Şirkətin əsas iş fəaliyyətini  Mitsubishi Electric ,  AUX və Hann  brendlərinin istehsalı olan kondisioner və isitmə sistemləri üzrə avadanlıqların idxalı,  satışı , quraşdırılması və servis xidmətləri təşkil edir .

İş barədə məlumat

  • Məişət, sənaye, yarımsənaye kondisioner və  havalandırma  sistemlərinin (HVAC), kombilərin mağaza daxilində satışının həyata keçirilməsi;
  • Müştəriyə seçim etməkdə optimal köməkliyin göstərilməsi, məhsullar və çeşidlər barədə dolğun məlumatın verilməsi;
  • 1C proqramında işləmə təcrübəsinin və bacarığının olması , malların seçilməsi, sifarişlərin tərtib edilməsi;
  • Rəhbərliyin verdiyi digər tapşırıqları operativ həyata keçirmək

Namizədə dair tələblər

  • Kondisioner , İsitmə və  havalandırma sistemlərinin hər hansı bölümündə  satış üzrə minimum 1 il iş təcrübəsinin və texniki biliklərin olması;
  • Ofis  proqramlarından istifadə bacarığı (1C , MS Excel, MS Word, Outlook və s.);
  • Azərbaycan  dilində danışıq qabiliyyəti və ünsiyyət bacarığı;
  • Komandada işləmə  qabiliyyəti və satış həyata keçirmə bacarığı;
  • Malları təqdim etmək, müştəri məmnunluğuna nail olmaq bacarığı;
  • Yaş həddi:  20-35

Digər məlumatlar:

  • Əmək haqqı: 500 Azn
  • Pərakəndə satılan hər bir mal üçün bonus hesablanır.
  • İş qrafiki: 5 günlük iş həftəsi
  • İş saatı: 10.00-19.00  

CV lər [email protected]  və ya [email protected] elektron poçt ünvanına göndərilsin.