Müştəri xidmətləri şöbəsinin Mütəxəssisi / Aparıcı / Baş mütəxəssisi

  • Bank BTB
  • Elanın qoyulma tarixi: 22.09.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

 İş barədə məlumat:

  • Bank “BTB” ASC-nin mövcud tariflərinə  əsasən bütün növ bank məhsul və xidmətlərinin  satışını  təşkil etmək;
  • Bank tərəfindən təqdim edilən bank məhsulları və xidmətlər (tariflər, əmanətlər, köçürmələr, plastik kartlar və s .) barədə məlumatları müştərilərə təqdim etmək;
  • Fiziki şəxslərə, onların müraciət və qanunvericiliyə uyğun olaraq bütün növ hesabların müvafiq qaydada açmaq, bu hesablar üzrə əməliyyatları aparmaq və onları  bağlamaq; 
  • Hüquqi şəxslərin hesablarında onların müraciətinə və qanunvericiliyə əsasən əməliyyatlar aparmaq;
  • Müştərinin təqdim etdiyi ödəniş tapşırığının qəbul edilməsi, düzgün tərtib olunmasının yoxlanılması;
  • Müştərinin istəklərinə və bankın mövcud şərtlərinə uyğun olaraq, plastik kartların sifarişini qəbul etmək, sistemə daxil edərək müvafiq sənədləri Bank  Kartları şöbəsinə təqdim etmək;
  • Bankın məhsul və xidmətlərində edilən dəyişiklik və əlavələr barədə müştəriləri məlumatlandırmaq; 
  • Təhkim olunmuş ödəniş sistemləri və təcili pul köçürmə sistemləri üzrə əməliyyatları həyata keçirmək.

Namizədə tələblər:

  • Vahid komandada işləmək qabiliyyəti;
  • Bank sahəsində Müştəri xidmətləri istiqaməti üzrə ən azı 1 il (mütəxəssis), 3 il aparıcı mütəxəssis, 5 il (baş mütəxəssis) iş təcrübəsi;
  • Azərbaycan, rus dillərini bilmək;
  • Ofis proqramlarında sərbəst iş bacarığı, Progress Bank əməliyyat sistemində işləmə bacarığı olanlara üstünlük verilir;
  • Müştərilərlə və əməkdaşlarla münasibətdə nəzakət nümayiş etmək və ünsiyyət qurmaq qabiliyyəti.

Sizə nə təklif edirik?

  • Öz bilik və bacarıqlarınızı nümayiş etdirmək üçün şəffaf seçim prosesi;
  • Əlverişli iş mühitində çalışmaq imkanı.
  • Uğurlu karyera üçün Sizə lazım olacaq professional bacarıqlarınızı inkişaf etdirmək imkanı;
  • Karyera və inkişaf perspektivləri;
  • Öyrənmə və öyrəndiklərinizi tətbiq etmək imkanları;
  • Bank BTB-nin peşəkar komandasının bir üzvü olmaq imkanı;

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini (azərbaycan dilində) elektron ünvanına göndərə bilərlər.

Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində (Müştəri xidmətləri şöbəsinin Mütəxəssisi / Aparıcı mütəxəssisi / Baş mütəxəssisi) göstərməyiniz xahiş olunur.

İşəgötürənin reytinqi