İşin təsviri
İş barədə məlumat:
- Kassa işini təşkil edir və müştərilərə kassa xidmətlərini göstərir;
- Sərəncamında olan nağd pul və digər qiymətlilərin təhlükəsiz saxlanılmasını təmin edir və uçotunu aparır;
- Azərbaycan Respublikasının qanunvericiliyi və bankdaxili qaydalara uyğun olaraq tələb olunan kitabları aparır;
- Kassa sənədlərinin düzgün tərtib olunmasını, möhür və imzaları yoxlayır, müştərinin eyniləşdirilməsini təmin edir;
- Azərbaycan Respublikasının qanunvericiliyi və Bankın daxili qaydalarına əsasən kassa mədaxil-məxaric əməliyyatları aparır;
- Azərbaycan Respublikasının qanunvericiliyi və Bankın daxili qaydalarına əsasən pul əskinasları ilə əməliyyatları həyata keçirir.
Namizədə tələblər:
- Ali təhsil (iqtisadi və riyazi təhsilli olanlara üstünlük verilir);
- Bank Qanunvericiliyinə dair ümumi biliklər;
- Ən azı 1 il maliyyə bazarlarında əməliyyatlar sahəsində təcrübə;
- Ünsiyyət qurma bacarığı;
- MS Office proqramlarında işləmək biliyi;
- Monitorinq və nəzarət etmə bacarığı.
Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində (Əcəmi filialı, Xəzinə şöbəsi, Kiçik mütəxəssis-xəzinədar /mütəxəssis-xəzinədar/aparıcı mütəxəssis-xəzinədar) göstərməyiniz xahiş olunur.